Naxçıvan Muxtar Respublikasında maarifləndirmə təlimləri davam edir.
“İş yerlərində əməyin mühafizəsi, texniki təhlükəsizlik, iş yerlərinin attestasiyası və işçilərin bədbəxt hadisələrdən icbari sığortası” mövzusuna həsr olunmuş növbəti maarifləndirici təlim Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin əməkdaşları üçün təşkil edilib.
Təlimdə müvafiq müəssisədən 24 nəfər iştirak edib.
Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialı tərəfindən təşkil olunan təlimdə əməyin mühafizəsi tələbləri, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, müəssisələrdə norma və qaydaların tətbiqi, habelə yeni qəbul edilmiş standartlar barədə iştirakçılara ətraflı məlumat verilib. Eyni zamanda, Mərkəzin fəaliyyət istiqamətləri diqqətə çatdırılıb.
Təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb.