✕
(010) 525 55 45 | 142
AZ
  • AZ
  • EN
  • Nazirlik
    • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
    • Dövlət Əmək Müfəttişliyi Xidməti
    • DOST Agentliyi
    • Dövlət Məşğulluq Agentliyi
    • Sosial Xidmətlər Agentliyi
    • Dövlət Sosial Müdafiə Fondu
    • Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya
    • Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi
    • DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi
  • Müfəttişlik
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Əsasnamə
    • Strateji məqsədlər
    • İşə qəbul
    • Hesabatlar
  • Xidmətlər
    • Yeni və ya yenidən qurulmuş müəssisələrin, obyektlərin, istehsalat vasitələrinin əməyin mühafizəsi tələblərinə uyğunluğunu təyin edən sertifikat-pasportun verilməsi
    • İşəgötürənə və işçilərə əmək qanunvericiliyinin tətbiqi, o cümlədən elektron əmək müqaviləsinin bağlanılması, onda dəyişiklik edilməsi və ya xitam verilməsi ilə bağlı metodiki kömək göstərilməsi
    • Müəssisə və təşkilatlarda əməyin mühafizəsi xidmətlərinin yenidən təşkili və ya ləğv edilməsinə razılıq verilməsi
    • Əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi
    • İstehsalatda baş verən bədbəxt hadisələr barədə məlumatların qəbulu və bu hadisələrin təhqiqatının aparılması
    • Əmək münasibətləri sahəsi üzrə arayışların verilməsi
  • Qanunvericilik
    • Konstitusiya
    • Məcəllələr
    • Qanunlar
    • Fərmanlar
    • NK Qərar və Sərəncamları
    • Prezidentin Sərəncamları
  • Media
    • Press-reliz
    • Fotoqalereya
    • Videoqalereya
    • Çap məhsulları
    • “DOST Müfəttiş” layihəsi
  • Sual-cavab
  • Əlaqə
  • Ana səhifə
  • Media
  • Press-reliz
23.09.26

Naxçıvanda istehsalatda bədbəxt hadisələrin qarşısının alınmasına dair onlayn təlim keçirilib

×

Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində fəaliyyət göstərən Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialının təşkilatçılığı ilə növbəti maarifləndirici təlim onlayn formatda keçirilib.

Təlimdə 12 müəssisənin 23 nümayəndəsi cəlb olunub.

Təlim əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğın və elektrik təhlükəsizliyi, istehsalatda bədbəxt hadisələrin qarşısının alınması, işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası, eləcə də ilk yardımın göstərilməsi mövzularını əhatə edib.

Təlim zamanı iştirakçılara iş yerlərində təhlükəsiz əmək şəraitinin yaradılması, mövcud risklərin müəyyən edilməsi və onların qarşısının alınması, texniki və elektrik avadanlıqlarından təhlükəsiz istifadə, yanğın təhlükəsizliyi qaydalarına əməl olunması barədə məlumat verilib.

Eyni zamanda, istehsalatda bədbəxt hadisələrin başvermə səbəbləri və onların qarşısının alınması yolları, işçilərin icbari sığortasının əhəmiyyəti, bədbəxt hadisələr zamanı ilkin yardımın göstərilməsi ilə bağlı iştirakçılara müvafiq məlumat və tövsiyələr təqdim olunub.

Bildirilib ki, əməyin mühafizəsi norma və qaydalarına riayət edilməsi, iş yerlərində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi istehsalatda bədbəxt hadisələrin və peşə risklərinin azalmasında mühüm rol oynayır.

Təlimin sonunda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.

Paylaş:

  • LinkedIn
  • Facebook
  • Whatsapp
  • Telegram

Əmək hüquqlarınızın müdafiəsi üçün yaradılmış (+994 10) 525 55 45 WhatsApp nömrəsinə yaza bilərsiniz.

Ünvan: Bakı şəhəri, Svetlana Məmmədova küç., 107

Telefon: 142 - Çağrı mərkəzi (010) 525 55 45

Elektron poçt: demx@sosial.gov.az

Bütün hüquqlar qorunur | © Dövlət Əmək Müfəttişliyi Xidməti