Naxçıvanda V. Mahmudov adına 9 nömrəli tam orta məktəbdə növbəti maarifləndirmə təlimi təşkil olunub.
Təlim “Əməyin mühafizəsi haqqında ümumi anlayışlar, elektrik və yanğın təhlükəsizliyi, bədbəxt hadisələr zamanı ilk yardımın göstərilməsi” mövzusuna həsr olunub.
Təlim Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialı və “Naxçıvan Təlim Mərkəzi” publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə keçirilib. Təlimdə ümumilikdə 28 nəfər 9-cu sinif şagirdi və 2 nəfər müəllim olmaqla 30 nəfər iştirak edib.
Təlim çərçivəsində iştirakçılara əməyin mühafizəsi üzrə ümumi anlayışlar, elektrik və yanğın təhlükəsizliyi qaydaları, bədbəxt hadisələr zamanı ilkin yardımın göstərilməsi barədə ətraflı məlumat verilib. Bununla yanaşı, mövzu ilə bağlı vacib məqamlar iştirakçıların diqqətinə çatdırılıb.
Sonda iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.