Əməyin Mühafizəsi Mərkəzi və Naxçıvan Təlim Mərkəzinin birgə təşkilatçılığı ilə “İş yerlərində əməyin mühafizəsi, texniki təhlükəsizlik və iş yerlərinin attestasiyası” mövzusunda növbəti təlim keçirilib.
Təlimdə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və tabeli qurumlarının əməkdaşları iştirak edib. 10 müəssisə üzrə 24 nəfərin qatıldığı təlimdə iştirakçılara əməyin mühafizəsi tələbləri, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, müəssisələrdə müvafiq norma və qaydaların tətbiqi, eləcə də yeni qəbul edilmiş standartlar barədə ətraflı məlumat verilib.
Bundan əlavə, Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyət istiqamətləri də iştirakçıların diqqətinə çatdırılıb.
Təlimin sonunda suallar cavablandırılıb və iştirakçıları maraqlandıran mövzular ətrafında müzakirələr aparılıb.