Naxçıvan şəhər 6 nömrəli tam orta məktəbdə “Əməyin mühafizəsi haqqında ümumi anlayışlar, elektrik və yanğın təhlükəsizliyi, bədbəxt hadisələr zamanı ilk yardımın göstərilməsi” mövzusunda növbəti maarifləndirmə təlimi təşkil olunub.
Təlim Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialı və “Naxçıvan Təlim Mərkəzi” publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə Filialın II rüb üzrə təlimlər qrafikinə əsasən məktəbin iclas zalında keçirilib. Təlimdə ümumilikdə məktəbdən 40 müəllim və şagird iştirak edib.
Tədbir çərçivəsində iştirakçılara əməyin mühafizəsi üzrə ümumi anlayışlar, elektrik və yanğın təhlükəsizliyi qaydaları, bədbəxt hadisələr zamanı ilkin yardımın göstərilməsi barədə ətraflı məlumat verilib. Bununla yanaşı, mövzu ilə bağlı vacib məqamlar iştirakçıların diqqətinə çatdırılıb.
Sonda iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.