Naxçıvanda “İş yerlərində əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi, ilk yardım və istehsalatda bədbəxt hadisələrdən icbari sığorta” mövzusunda maarifləndirici təlim təşkil olunub.
Təlim Naxçıvan Regional Peşə Hazırlıq Mərkəzində aşpazlıq kursu keçən 21 nəfər müdavimin iştirakı ilə baş tutub.
Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialı tərəfindən təşkil edilən təlimdə əməyin mühafizəsi tələbləri, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, müəssisələrdə müvafiq norma və qaydaların tətbiqi, eləcə də yeni qəbul edilmiş standartlar barədə ətraflı məlumat verilib. Eyni zamanda, Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyət istiqamətləri iştirakçıların diqqətinə çatdırılıb.
Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb, maraq doğuran mövzular ətrafında müzakirələr aparılıb.