Naxçıvan Regional Peşə Hazırlığı Mərkəzində əməyin mühafizəsi sahəsində növbəti maarifləndirmə tədbiri təlim təşkil olunub.
Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialının tərəfindən keçirilən təlimdə “Qazanxana maşinisti” kursunun 11 müdavimi və 1 müəllimi olmaqla ümumilikdə 12 nəfər iştirak edib.
“Əməyin mühafizəsi haqqında ümumi anlayışlar, elektrik və yanğın təhlükəsizliyi, bədbəxt hadisələr zamanı ilk yardımın göstərilməsi” mövzusunda keçirilən təlimdə iştirakçılara əməyin mühafizəsinin əsas prinsipləri, elektrik və yanğın təhlükəsizliyi qaydaları, habelə bədbəxt hadisələr zamanı ilkin yardımın göstərilməsi barədə ətraflı məlumat verilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.