Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialının təşkilatçılığı ilə Naxçıvan Regional Peşə Hazırlığı Mərkəzində növbəti maarifləndirici təlim keçirilib.
Qazanxana maşinisti peşə kursuna cəlb olunmuş müdavimlər üçün təşkil edilən təlim “Əməyin mühafizəsi haqqında ümumi anlayışlar, elektrik və yanğın təhlükəsizliyi, bədbəxt hadisələr zamanı ilk yardımın göstərilməsi” mövzusuna həsr olunub.
Təlimdə 1 təlimçi və 15 müdavim olmaqla ümumilikdə 16 nəfər iştirak edib.
İştirakçılara əməyin mühafizəsinin əsas prinsipləri, elektrik və yanğın təhlükəsizliyi qaydaları, iş prosesində yarana biləcək təhlükələrin qarşısının alınması, eləcə də bədbəxt hadisələr zamanı ilkin yardımın düzgün və operativ şəkildə göstərilməsi barədə məlumat verilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.