Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlər üçün “İnsan Hüquqları Aylığı”na həsr edilmiş "Qadınların və fiziki məhdudiyyətli şəxslərin əmək hüquqları" mövzusunda növbəti maarifləndirici onlayn tədbir keçirib.
Tədbirdə 80-ə yaxın müəssisədən nümayəndə iştirak edib.
Bakı şəhər İdarəsinin əməkdaşı tərəfindən mövzu ilə bağlı təqdimatlar olub. Müəssisə və təşkilatlarda qadınların və fiziki məhdudiyyətli şəxslərin əmək hüquqları ilə bağlı əmək qanunvericiliyinin tələbləri izah olunub.
Sonda işəgötürənlərin sualları cavablandırılıb.