Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlər üçün Saatlı rayonunda "İş yerlərində əməyin mühafizəsi" və "Qeyri-formal məşğulluğun qarşısının alınması" mövzularında növbəti maarifləndirmə tədbiri keçirib.
Tədbirdə Nazirliyin strukturuna daxil olan digər qurumların, ictimai birliklərin nümayəndələri, eləcə də Xidmətin Mil-Muğan regional şöbəsinin əhatə etdiyi rayonlardan dövlət və özəl sektora aid müəssisə və təşkilatları təmsil edən 150-yə yaxın şəxs iştirak edib.
Tədbirdə Xidmət tərəfindən mütəmadi təşkil olunan maarifləndirmə tədbirlərinin əhəmiyyətindən bəhs olunub, əmək qanunvericiliyinin tələblərinə əməl olunmasının vacibliyi vurğulanıb.
Xidmətin əməkdaşları iştirakçılara işçilərin əməyinin mühafizəsi, onlar üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması və qeyri-formal məşğulluğun qarşısnının alınması istiqamətində görülməli tədbirlərlə bağlı ətraflı məlumat veriblər.
Sonda müzakirə olunan mövzularla bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.