Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları şəhid Cəbrayıl Mikayılovun ailəsi ilə görüşüb. Şəhidin böyüyüb başa çatdığı evdə keçirilən görüşdə şəhidimizin xatirəsi yad edilib, ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə onun göstərdiyi şücaətlərdən bəhs olunub. Şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinin həmişə xalqımızın qəlbində yaşayacağı vurğulanıb.
Prezident İlham Əliyevin göstərişi ilə şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində aparılan geniş miqyaslı işlər qeyd olunub. Postmüharibə dövründə şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı həyata keçirilən sosial dəstək tədbirləri diqqətə çatdırılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillə təmin olunan şəhid ailəsinə sosial ödənişlər də təyin edilib.
Şəhid Cəbrayıl Mikayılov Prezident İlham Əliyevin sərəncamları ilə "Döyüşdə fərqlənməyə görə", "Vətən uğrunda", “Hərbi Xidmətdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə", "Hərbi xidmətlərə görə" medalları ilə təlif edilib.