Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları Salyanda şəhid Sadiq İsayevin, İnqilab Qədirbəylinin və Nicat Nağıyevin ailələrini ziyarət ediblər.
Prezident İlham Əliyevin Sərəncamları ilə S.İsayev 3-cü dərəcəli "Rəşadət" ordeni və "Vətən uğrunda" medalları ilə, İ.Qədirbəyli ölümündən sonra "Şuşanın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" , "Füzulinin azad olunmasına görə" “İgidliyə görə” medalları ilə, N.Nağıyev isə "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" və "Şücaətə görə" medalları ilə təltif ediliblər.
Ailələrlə ilə söhbət zamanı şəhidin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub, onun xatirəsinin əbədi olaraq yaşayacağı vurğulanıb. Xidmət əməkdaşları ailələrin sosial vəziyyəti ilə maraqlanıb.
Bildirilib ki, bütün şəhid ailələrinə dövlətimiz tərəfindən daim diqqət və qayğı göstərilir.
Şəhidlərin ailələrinin sosial vəziyyətinin bundan sonra da həmişə diqqətdə saxlanacağı vurğulanıb