Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini və digər əməkdaşları 44 günlük Vətən müharibəsində Şuşada gedən döyüşlərdə şəhid olmuş Tacəddin Əzizlinin ailəsini ziyarət edib.
Prezident İlham Əliyevin Sərəncamları ilə Tacəddin Əzizli “Vətən uğrunda”, "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Ailə ilə söhbət zamanı şəhidin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub, onun xatirəsinin əbədi olaraq yaşayacağı vurğulanıb. Xidmət əməkdaşları ailənin sosial vəziyyəti ilə maraqlanıb.
Bildirilib ki, bütün şəhid ailələrinə, o cümlədən Tacəddin Əzizlinin ailəsinə dövlətimiz tərəfindən daim diqqət və qayğı göstərilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillə təmin olunan şəhid ailəsinə sosial ödənişlər də təyin edilib.
Şəhidin ailəsinin sosial vəziyyətinin bundan sonra da həmişə diqqətdə saxlanacağı vurğulanıb.