Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Şəkidə işəgötürənlər üçün "Əmək müqaviləsinə xitam verilməsinin əsasları, qaydaları və xitam zamanı təminatlar" mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə yerli strukturların nümayəndələri, eləcə də Şəki-Zaqatala regional şöbəsinin əhatə etdiyi rayonlarda fəaliyyət göstərən təhsil və mədəniyyət sahəsi üzrə dövlət müəssisələrinin 40-a yaxın nümayəndəsi iştirak edib.
Çıxışlarda əmək qanunvericiliyinin tələblərinə əməl olunmasının vacibliyi vurğulanıb, işəgötürənlərin əmək müqaviləsinə xitam zamanı qanunvericiliyin tələblərinə uyğun hərəkət etməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
Tədbirdə əmək müqaviləsinin əhəmiyyəti, ona xitam verilməsinin əsasları və qaydaları, həmçinin xitam zamanı işçiyə təqdim olunmalı təminatlar barədə ətraflı məlumat verilib.
Sonda iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.