✕
(010) 525 55 45 | 142
AZ
  • AZ
  • EN
  • Nazirlik
    • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
    • Dövlət Əmək Müfəttişliyi Xidməti
    • DOST Agentliyi
    • Dövlət Məşğulluq Agentliyi
    • Sosial Xidmətlər Agentliyi
    • Dövlət Sosial Müdafiə Fondu
    • Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya
    • Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi
    • DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi
  • Müfəttişlik
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Əsasnamə
    • Strateji məqsədlər
    • İşə qəbul
    • Hesabatlar
  • Xidmətlər
    • Yeni və ya yenidən qurulmuş müəssisələrin, obyektlərin, istehsalat vasitələrinin əməyin mühafizəsi tələblərinə uyğunluğunu təyin edən sertifikat-pasportun verilməsi
    • İşəgötürənə və işçilərə əmək qanunvericiliyinin tətbiqi, o cümlədən elektron əmək müqaviləsinin bağlanılması, onda dəyişiklik edilməsi və ya xitam verilməsi ilə bağlı metodiki kömək göstərilməsi
    • İş yerlərində əməyin mühafizəsi xidmətlərinin yenidən təşkilinə və ya ləğv edilməsinə razılıq verilməsi
    • Əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi
    • İstehsalatda baş verən bədbəxt hadisələr barədə məlumatların qəbulu
    • Əmək münasibətləri sahəsi üzrə arayışların verilməsi
    • İş yerlərinin attestasiyasının keçirilməsinə hazırlıq üzrə məsləhət və metodiki dəstək xidmətlərinin göstərilməsi
    • Əməyin mühafizəsi sahəsində təlimlərin keçirilməsi
    • Əmək qanunvericiliyinə əməl olunması üzrə təchizatçının uyğunluq göstəricisinə dair dövlət nəzarəti orqanı tərəfindən arayışın verilməsi
  • Qanunvericilik
    • Konstitusiya
    • Məcəllələr
    • Qanunlar
    • Fərmanlar
    • NK Qərar və Sərəncamları
    • Prezidentin Sərəncamları
  • Media
    • Press-reliz
    • Fotoqalereya
    • Videoqalereya
    • Çap məhsulları
    • “DOST Müfəttiş” layihəsi
  • Sual-cavab
  • Əlaqə
  • Ana səhifə
  • Media
  • Press-reliz
27.08.26

Şəkidə əməkhaqqı və əməyin mühafizəsi mövzularında maarifləndirmə tədbiri keçirilib

×

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Şəkidə “Əməkhaqqının ödənilməsi formaları, qaydaları və əməkhaqqından tutulmalar” və “İş yerlərində əməyin mühafizəsi” mövzularında növbəti maarifləndirmə tədbiri keçirilib.

Xidmətin Şəki-Zaqatala regional şöbəsinin təşkilatçılığı ilə keçirilən tədbir 21 avqust - 21 sentyabr 2026-cı il tarixlərini əhatə edən “Sülh aylığı” çərçivəsində təşkil olunub.

Tədbirdə regional şöbənin əhatə etdiyi rayonlarda fəaliyyət göstərən dövlət və özəl sektora aid müəssisə və təşkilatı təmsil edən 60-a yaxın şəxs iştirak edib.

Tədbirin açılışında “Sülh aylığı” barədə məlumat verilib. Bildirilib ki, əmək münasibətlərində qarşılıqlı hörmətin, sosial dialoqun və təhlükəsiz əmək mühitinin təşviqi sülh, həmrəylik və əməkdaşlıq dəyərlərinin möhkəmləndirilməsinə xidmət edir.

Daha sonra iştirakçılara əməkhaqqının ödənilməsi müddətləri, işəgötürənin təqsiri üzündən əməkhaqqının gecikdirildiyi hallarda qanunvericiliyin tələbləri və digər məsələlər barədə məlumat verilib.

Tədbirdə, həmçinin iş yerlərində əməyin mühafizəsinin təşkili məsələlərinə toxunulub. Əməyin mühafizəsi sahəsində dövlət standartlarının tətbiqinin iş yerlərində təhlükəsizlik səviyyəsinin yüksəldilməsində rolu, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasının əhəmiyyəti, eləcə də “Vision Zero” konsepsiyasının əsas prinsipləri diqqətə çatdırılıb.

Sonda mövzular ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıların sualları cavablandırılıb.

Paylaş:

  • LinkedIn
  • Facebook
  • Whatsapp
  • Telegram

Əmək hüquqlarınızın müdafiəsi üçün yaradılmış (+994 10) 525 55 45 WhatsApp nömrəsinə yaza bilərsiniz.

Ünvan: Bakı şəhəri, Svetlana Məmmədova küç., 107

Telefon: 142 - Çağrı mərkəzi (010) 525 55 45

Elektron poçt: demx@sosial.gov.az

Bütün hüquqlar qorunur | © Dövlət Əmək Müfəttişliyi Xidməti