✕
(010) 525 55 45 | 142
AZ
  • AZ
  • EN
  • Nazirlik
    • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
    • Dövlət Əmək Müfəttişliyi Xidməti
    • DOST Agentliyi
    • Dövlət Məşğulluq Agentliyi
    • Sosial Xidmətlər Agentliyi
    • Dövlət Sosial Müdafiə Fondu
    • Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya
    • Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi
    • DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi
  • Müfəttişlik
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Əsasnamə
    • Strateji məqsədlər
    • İşə qəbul
    • Hesabatlar
    • E-xidmətlər
  • Xidmətlər
    • Yeni və ya yenidən qurulmuş müəssisələrin, obyektlərin, istehsalat vasitələrinin əməyin mühafizəsi tələblərinə uyğunluğunu təyin edən sertifikat-pasportun verilməsi
    • İşəgötürənlərə və işçilərə əmək qanunvericiliyinin tətbiqi barədə metodiki kömək göstərilməsi
    • Müəssisə və təşkilatlarda əməyin mühafizəsi xidmətlərinin yenidən təşkili və ya ləğv edilməsinə razılıq verilməsi
    • Əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi
    • İstehsalatda baş verən bədbəxt hadisələr barədə məlumatların qəbulu və bu hadisələrin təhqiqatının aparılması
    • Əmək münasibətləri sahəsi üzrə arayışların verilməsi
  • Qanunvericilik
    • Konstitusiya
    • Məcəllələr
    • Qanunlar
    • Fərmanlar
    • Qərarlar
    • Sərəncamlar
    • Qaydalar
  • Media
    • Press-reliz
    • Elanlar
    • Fotoqalereya
    • Videoqalereya
    • Çap məhsulları
    • “DOST Müfəttiş” layihəsi
  • Sual-cavab
  • Əlaqə
  • Bloq
    • İşçilər üçün
    • İşəgötürənlər üçün
  • Ana səhifə
  • Media
  • Press-reliz
07.09.26

Seneqal nümayəndə heyəti ilə əmək və məşğulluq sahəsində əməkdaşlıq imkanları müzakirə edilib

×

            Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində ölkəmizdə səfərdə olan Seneqal Respublikasının dövlət qulluğu, əmək və ictimai xidmətlərin islahatı naziri Mamadou Lamine Diantenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

            Görüşdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Nərmin Mirzəyeva Xidmətin əsas fəaliyyət istiqamətləri, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin təşkili, işçilərin əmək hüquqlarının və əməyin mühafizəsi tələblərinin təmin edilməsi istiqamətində görülən işlər barədə məlumat verib.

             Rəis müavini ölkəmizdə əmək münasibətlərinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlardan bəhs edib. “Əmək və məşğulluq” altsistemi (ƏMAS) vasitəsilə əmək münasibətlərinin elektron müstəvidə təşkili və idarə olunması, əmək müqavilələrinin elektron formada bağlanılması və əmək münasibətlərinə dair məlumatların vahid rəqəmsal platformada idarə edilməsi imkanlarını diqqətə çatdırıb. Bildirib ki, rəqəmsal həllərin tətbiqi əmək münasibətlərində şəffaflığın artırılmasına, işçi və işəgötürənlər üçün xidmətlərə əlçatanlığın genişləndirilməsinə, eləcə də əmək qanunvericiliyinə əməl olunmasına nəzarətin daha səmərəli təşkilinə imkan verir.

             Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Eşqin Bayramov Agentliyin fəaliyyəti və ölkəmizdə məşğulluq sahəsində həyata keçirilən islahatlar barədə məlumat verib. Görüşün Azərbaycan və Seneqal arasında əmək və məşğulluq sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi və gələcək əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

            Seneqal Respublikasının dövlət qulluğu, əmək və ictimai xidmətlərin islahatı naziri Mamadou Lamine Diante ölkəsində 2026-cı ilin “Məşğulluq ili” elan edildiyini, əsas çağırışların gənclərin peşəkar inkişafı və sahibkarlığın təşviqi ilə bağlı olduğunu bildirib. Nazir ölkənin bütün regionlarında Peşə İnkişafı Mərkəzlərinin yaradılmasının nəzərdə tutulduğunu qeyd edib və peşə hazırlığının təşkili sahəsində Azərbaycan təcrübəsinin öyrənilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.

            Görüşdə Dövlət Məşğulluq Agentliyinin rəqəmsal layihələri, xüsusilə ƏMAS barədə təqdimat keçirilib, sistemin vətəndaşlar, işəgötürənlər və dövlət qurumları üçün yaratdığı imkanlar təqdim olunub.

           Sonda əmək və məşğulluq sahəsində qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, nümayəndə heyətini maraqlandıran suallar cavablandırılıb.

Paylaş:

  • LinkedIn
  • Facebook
  • Whatsapp
  • Telegram

Əmək hüquqlarınızın müdafiəsi üçün yaradılmış (+994 10) 525 55 45 WhatsApp nömrəsinə yaza bilərsiniz.

Ünvan: Bakı şəhəri, Svetlana Məmmədova küç., 107

Telefon: 142 - Çağrı mərkəzi (010) 525 55 45

Elektron poçt: demx@sosial.gov.az

Bütün hüquqlar qorunur | © Dövlət Əmək Müfəttişliyi Xidməti