✕
(010) 525 55 45 | 142
AZ
  • AZ
  • EN
  • Nazirlik
    • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
    • Dövlət Əmək Müfəttişliyi Xidməti
    • DOST Agentliyi
    • Dövlət Məşğulluq Agentliyi
    • Sosial Xidmətlər Agentliyi
    • Dövlət Sosial Müdafiə Fondu
    • Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya
    • Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi
    • DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi
  • Müfəttişlik
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Əsasnamə
    • Strateji məqsədlər
    • İşə qəbul
    • Hesabatlar
  • Xidmətlər
    • Əmək müqaviləsi bildirişinin qeydiyyata alınması və bu barədə işəgötürənə və işçilərə məlumat verilməsi
    • Yeni və ya yenidən qurulmuş müəssisələrin, obyektlərin, istehsalat vasitələrinin əməyin mühafizəsi tələblərinə uyğunluğunu təyin edən sertifikat-pasportun verilməsi
    • İşəgötürənlərə və işçilərə əmək qanunvericiliyinin tətbiqi barədə metodiki kömək göstərilməsi
    • Müəssisə və təşkilatlarda əməyin mühafizəsi xidmətlərinin yenidən təşkili və ya ləğv edilməsinə razılıq verilməsi
    • Əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi
    • İstehsalatda baş verən bədbəxt hadisələr barədə məlumatların qəbulu və bu hadisələrin təhqiqatının aparılması
    • Əmək münasibətləri sahəsi üzrə arayışların verilməsi
  • Qanunvericilik
    • Konstitusiya
    • Məcəllələr
    • Qanunlar
    • Fərmanlar
    • Qərarlar
    • Sərəncamlar
    • Qaydalar
  • Media
    • Press-reliz
    • Elanlar
    • Fotoqalereya
    • Videoqalereya
    • Çap məhsulları
    • “DOST Müfəttiş” layihəsi
  • Sual-cavab
  • Əlaqə
  • Bloq
    • İşçilər üçün
    • İşəgötürənlər üçün
  • Ana səhifə
  • Media
  • Press-reliz
26.11.23

Tacikistanın əmək, miqrasiya və əhalinin məşğulluğu nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib

×

Tacikistanın Əmək, miqrasiya və əhalinin məşğulluğu naziri Gülnora Hasanzodanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev ölkəmizdə son illər aparılan sosial islahatlar, innovativ həllərin tətbiqi və əldə olunan uğurlardan danışıb. Xidmət rəisi “Əmək və Məşğulluq” altsisteminin (ƏMAS) əhəmiyyətini qeyd edib. Qonaqlara Xidmətin fəaliyyət sahələri və ƏMAS-la bağlı təqdimatlar olub.Əmək qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində atılan addımlar barədə məlumat verilib.

Azərbaycan Respublikasında işəgötürənlər tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin təmin edilməsinə nail olmaq üçün qanunvericiliyin tələblərinin pozulması faktının aşkar edilməsi və müvafiq tədbirlərin görülməsi məqsədilə hazırlanan “E-audit” sistemi təqdim edilib. Bildirilib ki, “E-audit” sisteminin tətbiqinin əsas məqsədi yoxlamalarda şəffaflığın və operativliyin artırılması, insan faktorunun və müfəttiş-işəgötürən təmasının azaldılması, resurslardan səmərəli istifadə və digər bu kimi məsələlərdir.

Nümayəndə heyəti üçün həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və DOST Agentliyinə infoturlar təşkil edilib.

Qonaqlara inklüziv yaradıcılıq məkanında görülən işlər, həyata keçirilən layihələr və DOST konsepsiyası barədə ətraflı məlumat əldə ediblər.

Qeyd edək ki, nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin Bakıda keçirilən 5-ci konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olublar.

Paylaş:

  • LinkedIn
  • Facebook
  • Whatsapp
  • Telegram

Əmək hüquqlarınızın müdafiəsi üçün yaradılmış (+994 10) 525 55 45 WhatsApp nömrəsinə yaza bilərsiniz.

Ünvan: Bakı şəhəri, Svetlana Məmmədova küç., 107

Telefon: 142 - Çağrı mərkəzi (010) 525 55 45

Elektron poçt: demx@sosial.gov.az

Bütün hüquqlar qorunur | © Dövlət Əmək Müfəttişliyi Xidməti