Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları şəhidlər Mahmudzadə Ülvinin və Nəzərov Eminin ailələrini Tovuz rayonunda ziyarət ediblər.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Ü.Mahmudzadə “Vətən uğrunda”, E.Nəzərov isə "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" və "Şücaətə görə" medalları ilə təltif olunub.
Ailələr ilə söhbət zamanı şəhidlərin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub, onların xatirəsinin əbədi olaraq yaşayacağı vurğulanıb. Xidmət əməkdaşları ailələrin sosial vəziyyəti ilə maraqlanıb.
Şəhidlərin ailələrinin sosial vəziyyətinin bundan sonra da həmişə diqqətdə saxlanacağı vurğulanıb.