✕
(010) 525 55 45 | 142
AZ
  • AZ
  • EN
  • Nazirlik
    • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
    • Dövlət Əmək Müfəttişliyi Xidməti
    • DOST Agentliyi
    • Dövlət Məşğulluq Agentliyi
    • Sosial Xidmətlər Agentliyi
    • Dövlət Sosial Müdafiə Fondu
    • Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya
    • Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi
    • DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi
  • Müfəttişlik
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Əsasnamə
    • Strateji məqsədlər
    • İşə qəbul
    • Hesabatlar
  • Xidmətlər
    • Yeni və ya yenidən qurulmuş müəssisələrin, obyektlərin, istehsalat vasitələrinin əməyin mühafizəsi tələblərinə uyğunluğunu təyin edən sertifikat-pasportun verilməsi
    • İşəgötürənə və işçilərə əmək qanunvericiliyinin tətbiqi, o cümlədən elektron əmək müqaviləsinin bağlanılması, onda dəyişiklik edilməsi və ya xitam verilməsi ilə bağlı metodiki kömək göstərilməsi
    • İş yerlərində əməyin mühafizəsi xidmətlərinin yenidən təşkilinə və ya ləğv edilməsinə razılıq verilməsi
    • Əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi
    • İstehsalatda baş verən bədbəxt hadisələr barədə məlumatların qəbulu
    • Əmək münasibətləri sahəsi üzrə arayışların verilməsi
    • İş yerlərinin attestasiyasının keçirilməsinə hazırlıq üzrə məsləhət və metodiki dəstək xidmətlərinin göstərilməsi
    • Əməyin mühafizəsi sahəsində təlimlərin keçirilməsi
    • Əmək qanunvericiliyinə əməl olunması üzrə təchizatçının uyğunluq göstəricisinə dair dövlət nəzarəti orqanı tərəfindən arayışın verilməsi
  • Qanunvericilik
    • Konstitusiya
    • Məcəllələr
    • Qanunlar
    • Fərmanlar
    • NK Qərar və Sərəncamları
    • Prezidentin Sərəncamları
  • Media
    • Press-reliz
    • Fotoqalereya
    • Videoqalereya
    • Çap məhsulları
    • “DOST Müfəttiş” layihəsi
  • Sual-cavab
  • Əlaqə
  • Ana səhifə
  • Media
  • Press-reliz
22.06.26

Ucar rayonunda 350-yə yaxın işçi əmək hüquqları və əməyin mühafizəsi mövzusunda maarifləndirilib

×

 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Ucar rayonunda 3 maarifləndirmə tədbiri təşkil olunub.

Xidmətin Mərkəzi Aran regional şöbəsi, Əməyin Mühafizəsi Mərkəzi, Mərkəzi Aran Regional Məşğulluq filialının Ucar rayon xidmət şöbəsi və Ucar Rayon İcra Hakimiyyətinin əməkdaşlarının iştirakı ilə keçirilən tədbirlərdə rayonda fəaliyyət göstərən 55 işəgötürən üzrə ümumilikdə 345 işçi iştirak edib.

Tədbirlər zamanı iştirakçılara Əmək Məcəlləsinə edilmiş son dəyişikliklər, əmək müqavilələrinin qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilməsi, məzuniyyət hüququnun təmin olunması, əmək müqaviləsinə xitam verilməsinin əsasları və prosedurları barədə ətraflı məlumat təqdim edilib.

Eyni zamanda iş yerlərində əməyin mühafizəsi, əməyin təhlükəsizliyi və gigiyenası, iş yerlərinin attestasiyası, Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyəti, eləcə də əməyin mühafizəsi sahəsində tətbiq olunan standartlar barədə maarifləndirmə aparılıb.

Tədbirlərin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, onların təklif və fikirləri dinlənilib.

Paylaş:

  • LinkedIn
  • Facebook
  • Whatsapp
  • Telegram

Əmək hüquqlarınızın müdafiəsi üçün yaradılmış (+994 10) 525 55 45 WhatsApp nömrəsinə yaza bilərsiniz.

Ünvan: Bakı şəhəri, Svetlana Məmmədova küç., 107

Telefon: 142 - Çağrı mərkəzi (010) 525 55 45

Elektron poçt: demx@sosial.gov.az

Bütün hüquqlar qorunur | © Dövlət Əmək Müfəttişliyi Xidməti