✕
(010) 525 55 45 | 142
AZ
  • AZ
  • EN
  • Nazirlik
    • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
    • Dövlət Əmək Müfəttişliyi Xidməti
    • DOST Agentliyi
    • Dövlət Məşğulluq Agentliyi
    • Sosial Xidmətlər Agentliyi
    • Dövlət Sosial Müdafiə Fondu
    • Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya
    • Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi
    • DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi
  • Müfəttişlik
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Əsasnamə
    • Strateji məqsədlər
    • İşə qəbul
    • Hesabatlar
  • Xidmətlər
    • Yeni və ya yenidən qurulmuş müəssisələrin, obyektlərin, istehsalat vasitələrinin əməyin mühafizəsi tələblərinə uyğunluğunu təyin edən sertifikat-pasportun verilməsi
    • İşəgötürənlərə və işçilərə əmək qanunvericiliyinin tətbiqi barədə metodiki kömək göstərilməsi
    • Müəssisə və təşkilatlarda əməyin mühafizəsi xidmətlərinin yenidən təşkili və ya ləğv edilməsinə razılıq verilməsi
    • Əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi
    • İstehsalatda baş verən bədbəxt hadisələr barədə məlumatların qəbulu və bu hadisələrin təhqiqatının aparılması
    • Əmək münasibətləri sahəsi üzrə arayışların verilməsi
  • Qanunvericilik
    • Konstitusiya
    • Məcəllələr
    • Qanunlar
    • Fərmanlar
    • Qərarlar
    • Sərəncamlar
    • Qaydalar
  • Media
    • Press-reliz
    • Elanlar
    • Fotoqalereya
    • Videoqalereya
    • Çap məhsulları
    • “DOST Müfəttiş” layihəsi
  • Sual-cavab
  • Əlaqə
  • Bloq
    • İşçilər üçün
    • İşəgötürənlər üçün
  • Ana səhifə
  • Media
  • Press-reliz
28.04.26

Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş konfrans keçirilib

×

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar “İş yerlərində psixososial risklərin idarə olunması: müasir yanaşmalar və həll yolları” mövzusunda konfrans keçirib.

Konfransda çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə son illər həyata keçirilən ardıcıl sosial islahatların əmək münasibətləri sahəsini də əhatə etdiyini vurğulayıb. O, əmək müqavilələrinin sayında artım dinamikasını, əmək münasibətlərinin rəqəmsallaşdırıldığını qeyd edib. Nazir müavini “Əmək və Məşğulluq” altsisteminin digər üstünlükləri ilə yanaşı, əmək münasibətlərinə çevik və effektiv nəzarətin təmin edilməsində də xüsusi önəm kəsb etdiyini bildirib. Əməyin mühafizəsi sisteminin gücləndirilməsi sahəsində atılan addımları diqqətə çatdıran Zaur Əliyev son illərdə bu istiqamətdə profilaktik tədbirlərin genişləndirildiyini, beynəlxalq əməkdaşlığın inkişaf etdiyini vurğulayıb.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev bu konfransın mövzusunun Beynəlxalq Əmək Təşkilatının (BƏT) 2026-cı il üçün müəyyən etdiyi “Gəlin sağlam psixososial iş mühitini təmin edək!” devizinə bağlı olduğunu qeyd edib. O, əmək qanunvericiliyinə əməl olunmasına nəzarət prosesində iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına xüsusi diqqət yetirildiyini, Xidmətin bu sahədə həyata keçirdiyi tədbirləri diqqətə çatdırıb. Bildirilib ki, psixososial amillər də iş mühitinə və əmək məhsuldarlığına birbaşa təsir göstərir və bu risklərin düzgün idarə olunması və sistemli qiymətləndirilməsi müasir əmək münasibətlərinin əsas tələbləri sırasındadır.

Son illərdə əməyin mühafizəsi sahəsinə nəzarətin rəqəmsal alətlərin geniş tətbiqi ilə çevik və təkmil şəkildə qurulması, bu sahədə maarifləndirmə tədbirlərinin və təlim proqramlarının əhatə dairəsinin genişləndirilməsi işlərindən bəhs olunub. İşğaldan azad edilmiş ərazilərdə də əməyin mühafizəsi ilə bağlı ardıcıl maarifləndirmə tədbirlərinin həyata keçirildiyi, son iki ildə əməyin mühafizəsi ilə bağlı 167 dövlət standartının hazırlanaraq təsdiqləndiyi diqqətə çatdırılıb. “DOST Müfəttiş” və “Nümunəvi müəssisə” layihələrinin iş yerlərində əməyin təhlükəsizliyinin təminatına mühüm töhfə verdiyi vurğulanıb.

İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin Baş direktoru Azər Bayramov, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Qəzənfər Abdullayev, BƏT-in Azərbaycan üzrə əlaqələndiricisi Yaşar Həmzəyev, Türkiyə Respublikasının ölkəmizdəki səfirliyinin əmək və sosial müdafiə məsələləri üzrə müşaviri Fatih Bilal Alodalı çıxışlarında iş yerlərində sağlam və təhlükəsiz mühitin təşviqinin, beynəlxalq təcrübənin tətbiqi və sosial tərəfdaşlığın gücləndirilməsinin vacibliyini diqqətə çatdırıblar.

Konfrans çərçivəsində əməyin mühafizəsi sahəsində görülmüş işləri əks etdirən videoçarx nümayiş olunub. Daha sonra “DOST Müfəttiş” layihəsində fəal iştirak edən, eləcə də müəssisələrində əməyin mühafizəsi işini nümunəvi şəkildə təşkil edən işəgötürənlər, ESG və sosial dayanıqlılıq prinsiplərinin effektiv tətbiqinə töhfə verən iştirakçılar təltif olunublar.

Konfrans DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin musiqi qrupunun ifası və “Psixososial risklərin iş mühitinə təsiri” mövzusunda panel müzakirəsi ilə davam edib.

Paylaş:

  • LinkedIn
  • Facebook
  • Whatsapp
  • Telegram

Əmək hüquqlarınızın müdafiəsi üçün yaradılmış (+994 10) 525 55 45 WhatsApp nömrəsinə yaza bilərsiniz.

Ünvan: Bakı şəhəri, Svetlana Məmmədova küç., 107

Telefon: 142 - Çağrı mərkəzi (010) 525 55 45

Elektron poçt: demx@sosial.gov.az

Bütün hüquqlar qorunur | © Dövlət Əmək Müfəttişliyi Xidməti