“Uşaq Hüquqları Aylığı” çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Mərkəzi Aran regional şöbəsinin əməkdaşları Ağdaş şəhər Səməd Vurğun adına 1 nömrəli tam orta məktəbin şagirdləri ilə görüşüb.
“Uşaqların əmək hüquqları” mövzusunda təşkil olunan tədbirdə məktəbin 17 şagirdi iştirak edib.
Tədbirdə iştirakçılara uşaqların əmək hüquqları, bu sahədə qanunvericiliyin tələbləri, eləcə də uşaq əməyinin istismarının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.