Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyinin Əməyin Mühafizəsi və Təhlükəsizliyi Baş İdarəsi rəhbərliyinin dəvəti ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Azər Rəhimovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyədə səfərdə olub.
Səfər çərçivəsində öncə “Beko” Çerkezköy Elektronika İşlətmə Zavoduna infotur həyata keçirilib.
“Beko” Çerkezköy Elektronika İşlətmə Zavodunda olan nümayəndə heyətinə müəssisənin fəaliyyəti, istehsal etdiyi məhsullar, əməyin mühafizəsi və təhlükəsizliyi ilə bağlı görülən işlər və s. barədə geniş məlumat verilib, onlar istehsal prosesini müşahidə ediblər.
Daha sonra Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyinin Əməyin Mühafizəsi və Təhlükəsizliyi Baş İdarəsinin nümayəndələri ilə ikitərəfli görüş keçirilib. Görüşdə Türkiyədə əmək hüquqlarının müdafiəsi, təhlükəsiz və sağlam iş şəraitinin təmin olunması, əmək münasibətlərində rəqəmsal islahatlar və süni intellektin tətbiqi, sosial müdafiə sahəsində aparılan islahatlar istiqamətində görülən işlər barədə məlumat verilib.
Sonda qurumlar arasında əməkdaşlıq perspektivləri müzakirə edilib və təcrübə mübadiləsi aparılıb.