Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini İlqar Məmmədov və Xidmətin əməkdaşları Vətən müharibəsində Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olmuş Elşən Müslümovun ailəsini ziyarət edib.
Şəhid Elşən Müslümov “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları və III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Ailə ilə söhbət zamanı şəhidin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub, onun və bütün şəhidlərimizin xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb. rəis müavini ailənin sosial vəziyyəti ilə maraqlanıb.
Görüşdə Prezidentin tapşırığına uyğun olaraq şəhid ailələrinə və müharibə veteranlarına göstərilən sosial dəstək tədbirləri barədə məlumat verilib. Qeyd olunub ki, şəhid ailələrinin sosial rifahı dövlətin daim diqqət və qayğısı ilə əhatə olunur.
Şəhid ailəsi onlara dövlət tərəfindən göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə ediblər.