✕
(010) 525 55 45 | 142
AZ
  • AZ
  • EN
  • Nazirlik
    • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
    • Dövlət Əmək Müfəttişliyi Xidməti
    • DOST Agentliyi
    • Dövlət Məşğulluq Agentliyi
    • Sosial Xidmətlər Agentliyi
    • Dövlət Sosial Müdafiə Fondu
    • Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya
    • Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi
    • DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi
  • Müfəttişlik
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Əsasnamə
    • Strateji məqsədlər
    • İşə qəbul
    • Hesabatlar
  • Xidmətlər
    • Yeni və ya yenidən qurulmuş müəssisələrin, obyektlərin, istehsalat vasitələrinin əməyin mühafizəsi tələblərinə uyğunluğunu təyin edən sertifikat-pasportun verilməsi
    • İşəgötürənlərə və işçilərə əmək qanunvericiliyinin tətbiqi barədə metodiki kömək göstərilməsi
    • Müəssisə və təşkilatlarda əməyin mühafizəsi xidmətlərinin yenidən təşkili və ya ləğv edilməsinə razılıq verilməsi
    • Əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi
    • İstehsalatda baş verən bədbəxt hadisələr barədə məlumatların qəbulu və bu hadisələrin təhqiqatının aparılması
    • Əmək münasibətləri sahəsi üzrə arayışların verilməsi
  • Qanunvericilik
    • Konstitusiya
    • Məcəllələr
    • Qanunlar
    • Fərmanlar
    • Qərarlar
    • Sərəncamlar
    • Qaydalar
  • Media
    • Press-reliz
    • Elanlar
    • Fotoqalereya
    • Videoqalereya
    • Çap məhsulları
    • “DOST Müfəttiş” layihəsi
  • Sual-cavab
  • Əlaqə
  • Bloq
    • İşçilər üçün
    • İşəgötürənlər üçün
  • Ana səhifə
  • Media
  • Press-reliz
10.08.26

Yaşı 18-dək olan şəxslər üçün əmək münasibətləri sahəsində hansı güzəşt və təminatlar var?

×

Qanunvericiliyə əsasən, yaşı 18-dən az olan işçilərin gecə vaxtı yerinə yetirilən işlərə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsi, habelə onların ezamiyyətə göndərilməsi qadağandır.

Bu kateqoriyaya aid şəxslərlə əmək müqaviləsi bağlanılarkən sınaq müddəti müəyyən edilmir, onların attestasiyası da keçirilmir.

16 yaşınadək işçilər üçün qısaldılmış iş vaxtının müddəti həftə ərzində 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər üçün isə 36 saatdan artıq olmamalıdır.

Əmək məzuniyyəti isə yaşı 16-dan az olan işçilərə 42 təqvim günündən, 16 yaşından 18 yaşınadək işçilərə 35 təqvim günündən az olmayaraq verilməlidir.

Yaşı 18-dən az olan işçilərin müəyyən edilmiş normalardan artıq ağır əşyaların qaldırılması və bir yerdən başqa yerə daşınması işlərinə cəlb edilməsi qadağandır.

Həmçinin yaşı 18-dən az olan işçinin peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığı üçün tutduğu vəzifəyə uyğun gəlmədiyinə görə əmək müqaviləsinə xitam verilə bilməz.

Əmək şəraiti ağır, zərərli olan iş yerlərində, habelə yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə, əxlaqi kamilliyinə mənfi təsir göstərən gecə klublarında, barlarda, alkoqollu və energetik içkilərin, tütün məmulatlarının, toksik preparatların istehsalı, daşınması, satışı və saxlanılması işlərində, habelə onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən digər işlərdə yaşı 18-dən az olan şəxslərin əməyinin tətbiq edilməsi qadağandır.

 

Paylaş:

  • LinkedIn
  • Facebook
  • Whatsapp
  • Telegram

Əmək hüquqlarınızın müdafiəsi üçün yaradılmış (+994 10) 525 55 45 WhatsApp nömrəsinə yaza bilərsiniz.

Ünvan: Bakı şəhəri, Svetlana Məmmədova küç., 107

Telefon: 142 - Çağrı mərkəzi (010) 525 55 45

Elektron poçt: demx@sosial.gov.az

Bütün hüquqlar qorunur | © Dövlət Əmək Müfəttişliyi Xidməti