Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərlə onlayn tədbirlərə başlayır
Cari ilin ilk onlayn maarifləndirmə tədbiri 9 fevral 2023-ci il tarixində saat 11:00-da keçiriləcək. Tədbirin mövzusu "ƏMAS-ın imkanları və yeniliklər"dir.
Tədbirin çıxışçısı Bakı şəhər İdarəsinin əməkdaşıdır.
Onlayn tədbirlərdə iştirak etmək istəyən işəgötürənlər qeydiyyatdan keçmək üçün Dövlət Əmək Müfəttişliyi Xidmətinə elektron qaydada (demx-metbuat@sosial.gov.az) müraciət edə bilərlər. Müraciətdə müəssisənin adı, iştirak edəcək şəxsin ad, soyad, ata adı, əlaqə nömrəsi və e-mailinin qeyd olunmağı xahiş edilir.
QEYD: Onlayn görüşlərdə iştiraka dair link yalnız qeydiyyatdan keçmiş şəxslərə göndəriləcək.