Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən təhsil müəssisələrində əməyin mühafizəsi sahəsində maarifləndirmə işlərinin gücləndirilməsi məqsədilə tədbirlər davam etdirilir.
Növbəti maarifləndirmə tədbirlərində Azərbaycan Dövlət Pedaqoji Universitetindən 40, Azərbaycan Memarlıq və İnşaat Universitetində isə 3 təlim üzrə ümumilikdə 135 tələbə iştirak edib.
Tədbirlər zamanı tələbələrə əməyin mühafizəsinin əhəmiyyəti, istehsalatda təhlükəsizliyin təmin olunması qaydaları, həmçinin əmək fəaliyyətində hüquq və vəzifələr barədə geniş məlumat verilib. Mütəxəssislər çıxışlarında əməyin mühafizəsi qaydalarının düzgün tətbiqinin əməkdaşların sağlamlığının qorunması və istehsalatda səmərəliliyin artırılmasında mühüm rol oynadığını vurğulayıblar.
Maarifləndirici görüşlər interaktiv müzakirələrlə davam edib və tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.