Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndələri ilə Alman – Azərbaycan Xarici Ticarət Palatasına üzv olan müəssisələrin insan resursları üzrə mütəxəssislərinin görüşü keçirilib.
Görüş əmək qanunvericiliyinə edilmiş son dəyişikliklər barədə məlumatlandırma məqsədi daşıyıb. Nazirliyin Əmək siyasəti şöbəsinin müdiri Fuad Heydərov, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Nərmin Mirzəyeva müvafiq mövzuda ətraflı məlumat veriblər. ƏMAS-a əlavə edilmiş yeni funksionallıqlar diqqətə çatdırılıb.
Həmçinin Xidmətin tabeliyində Əməyin Mühafizəsi Mərkəzinin İdarə Heyətinin sədri İlham Həsənov "DOST Müfəttiş" layihəsinin əhəmiyyətindən bəhs edib.
Bu layihənin əmək qanunvericiliyinin düzgün şəkildə tətbiqi və əmək münasibətlərinin qanunvericiliyə uyğun qurulması baxımından işəgötürənlər üçün faydaları qeyd olunub.
Qarşılıqlı dialoq və müzakirə formatında təşkil edilən görüşdə mütəxəssislərin müvafiq sahə üzrə rəy və təklifləri də dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.