Əməyin mühafizəsinə dair növbəti maarifləndirmə tədbiri Bakı şəhəri 35 nömrəli tam orta məktəbdə təşkil olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində fəaliyyət göstərən Əməyin Mühafizəsi Mərkəzi tərəfindən keçirilən tədbirdə ümumi təhsil müəssisəsinin 40-a yaxın şagirdi iştirak edib.
Görüş zamanı iştirakçılara əməyin mühafizəsinin cəmiyyət və fərdi sağlamlıq baxımından əhəmiyyəti, təhlükəsizlik və yanğından mühafizə qaydaları, əmək fəaliyyəti zamanı hüquq və vəzifələr, eləcə də tətbiq olunan standartlar və “Vision Zero” yanaşmasının əsas prinsipləri barədə ətraflı məlumat verilib.
Qeyd olunub ki, əməyin mühafizəsi tələblərinə riayət olunması xəsarət və risklərin qarşısının alınmasına, sağlamlığın qorunmasına və təhlükəsiz əmək mühitinin formalaşdırılmasına xidmət edir.
Tədbirin sonunda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.