Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti, Xidmətin tabeliyində Əməyin Mühafizəsi Mərkəzi ilə birgə Naxçıvanda “İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və bədbəxt hadisələrdən sığorta. Əməyin mühafizəsi normaları, qaydaları və prinsipləri. İş yerlərinin attestasiyasının keçirilməsi qaydaları.” mövzularında maarifləndirmə tədbiri keçirib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində Əməyin Mühafizəsi publik hüquqi şəxsinin əməkdaşlarının mövzu ilə bağlı çıxışları dinlənilib.
İştirakçılara istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması, vaxtında tədbir görülməsi və qeydiyyata alınması, sığorta və iş yerlərində attestasiyasının aparılması barədə ətraflı məlumat verilib.
Mərkəzin əməkdaşı mövzu üzrə qanunvericiliyin tələblərini qonaqların diqqətinə çatdırmaqla yanaşı qurum haqqında ətraflı məlumat verərək bildirib ki, Mərkəz əmək hüquqları, əməyin mühafizəsi və təhlükəsizliyi sahəsində məsləhət xidmətləri göstərməklə, əməyin mühafizəsi üzrə standard, norma və qaydaların müəssisələrdə tətbiqinə mühüm dəstək göstərir.
Tədbirin sonunda 41 dövlət və qeyri-dövlət müəssisəsindən 56 nümayəndənin iştirak etdiyi təlimdə mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb