“DOST to DOST” (D2D) layihəsinin “Əmək hüquqları” adlı təlim proqramı çərçivəsində təlimlərə başlanılıb.
Proqram çərçivəsində könüllülərə əmək qanunvericiliyinə dair 5 mövzu üzrə interaktiv təlimlərin keçirilməsi planlaşdırılır.
Proqram çərçivəsində keçirilən növbəti təlimlər "Əməyin mühafizəsi nədir və nə üçün lazımlıdır?" və "Əmək münasibətlərinin rəsmiləşdirilməsi. Əmək münasibətlərində gender bərəbərliyi." mövzularında təşkil olunub. İnteraktiv formada təşkil edilən təlimlərdə mövzular könüllülərə təqdimatlar vasitəsilə izah olunub.
Təlimlərin yekununda əməyin mühafizəsi və təhlükəsizliyinin təmini sahəsində nümunəvi olan müəssisələrdən birinə info-turun təşkili nəzərdə tutulur.
Qeyd edək ki, “Əmək hüquqları” adlı təlim proqramı Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) ilə “Könüllü DOST” proqramının təşkilatçılığı ilə həyata keçirilir. “DOST to DOST” layihəsinin həyata keçirilməsində əsas məqsəd gənclərin fərdi inkişafına dəstək olmaq, həmçinin onların asudə vaxtlarının səmərəli təşkil olunmasını təmin etməkdir.