✕
(010) 525 55 45 | 142
AZ
  • AZ
  • EN
  • Nazirlik
    • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
    • Dövlət Əmək Müfəttişliyi Xidməti
    • DOST Agentliyi
    • Dövlət Məşğulluq Agentliyi
    • Sosial Xidmətlər Agentliyi
    • Dövlət Sosial Müdafiə Fondu
    • Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya
    • Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi
    • DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi
  • Müfəttişlik
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Əsasnamə
    • Strateji məqsədlər
    • İşə qəbul
    • Hesabatlar
  • Xidmətlər
    • Əmək müqaviləsi bildirişinin qeydiyyata alınması və bu barədə işəgötürənə və işçilərə məlumat verilməsi
    • Yeni və ya yenidən qurulmuş müəssisələrin, obyektlərin, istehsalat vasitələrinin əməyin mühafizəsi tələblərinə uyğunluğunu təyin edən sertifikat-pasportun verilməsi
    • İşəgötürənlərə və işçilərə əmək qanunvericiliyinin tətbiqi barədə metodiki kömək göstərilməsi
    • Müəssisə və təşkilatlarda əməyin mühafizəsi xidmətlərinin yenidən təşkili və ya ləğv edilməsinə razılıq verilməsi
    • Əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi
    • İstehsalatda baş verən bədbəxt hadisələr barədə məlumatların qəbulu və bu hadisələrin təhqiqatının aparılması
    • Əmək münasibətləri sahəsi üzrə arayışların verilməsi
  • Qanunvericilik
    • Konstitusiya
    • Məcəllələr
    • Qanunlar
    • Fərmanlar
    • Qərarlar
    • Sərəncamlar
    • Qaydalar
  • Media
    • Press-reliz
    • Elanlar
    • Fotoqalereya
    • Videoqalereya
    • Çap məhsulları
    • “DOST Müfəttiş” layihəsi
  • Sual-cavab
  • Əlaqə
  • Bloq
    • İşçilər üçün
    • İşəgötürənlər üçün
  • Ana səhifə
  • Media
  • Press-reliz
09.07.25

“DOST Müfəttiş” layihəsi çərçivəsində ATİB üzvü olan şirkətlərlə görüş keçirilib

×

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada ATİB-ə üzv şirkətlərlə “DOST Müfəttiş” layihəsi çərçivəsində görüş olub.

Görüşdə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli, Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Nərmin Mirzəyeva, Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Mürsəl Rüstəmov və Birliyə üzv olan bir çox şirkətin nümayəndələri iştirak ediblər.

Birliyin üzvlərinə Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin və Milli Observatoriyanın birgə həyata keçirdiyi “DOST Müfəttiş” layihəsi haqqında məlumat verilib. Qeyd olunub ki, hazırda layihənin əhatə dairəsi 5 mindən artıq işçini ötüb.

İlkin mərhələdə 5-i dövlət, 7-si özəl sektor olmaqla, ümumilikdə 12 müəssisədə əmək münasibətlərinin tənzimlənməsi, əməyin mühafizəsi sahəsində qabaqlayıcı tədbirlərin təşviqi və insan resurslarının idarə olunmasında müasir yanaşmaların tətbiqi istiqamətində əhəmiyyətli işlər görülüb.

Layihə çərçivəsində iş yerlərinə “Əmək və Məşğulluq” altsisteminin (ƏMAS) tətbiqində müəssisələrin qarşılaşdığı çətinliklərin aradan qaldırılmasına dəstək göstərilib. Habelə əmək münasibətləri, əməyin mühafizəsi və insan resursları üzrə cari vəziyyətin qiymətləndirilməsi aparılıb, qiymətləndirmə nəticəsində mövcud çatışmazlıqlar aşkar edilərək, müəssisələrə fərdi yanaşma əsasında təlim və konsultasiyalar təşkil edilib.

Təqdimatda layihənin beynəlxalq səviyyədə də yüksək qiymətləndirildiyi, ötən il 3 beynəlxalq mükafata layiq görüldüyü diqqətə çatdırılıb.

“DOST Müfəttiş” layihəsi ölkəmizdə əmək münasibətlərinin təkmilləşdirilməsi, əməyin mühafizəsi və insan resurslarının idarə olunması sahəsində yeni və innovativ yanaşmaların tətbiqinə mühüm töhfə verir.

Paylaş:

  • LinkedIn
  • Facebook
  • Whatsapp
  • Telegram

Əmək hüquqlarınızın müdafiəsi üçün yaradılmış (+994 10) 525 55 45 WhatsApp nömrəsinə yaza bilərsiniz.

Ünvan: Bakı şəhəri, Svetlana Məmmədova küç., 107

Telefon: 142 - Çağrı mərkəzi (010) 525 55 45

Elektron poçt: demx@sosial.gov.az

Bütün hüquqlar qorunur | © Dövlət Əmək Müfəttişliyi Xidməti