Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşlarını “Təşəkkürnamə” ilə təltif edib.
Xidmət rəisi Vəli Quliyev “Təşəkkürnamə”ləri əməkdaşlara təqdim edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaranmasının 105 illiyi münasibətilə və Nazirliyin fəaliyyət istiqamətləri üzrə səmərəli fəaliyyətinə, əhalinin sosial müdafiəsi, əmək, məşğlluq, pensiya reablitasiya sahələrində dövlət siyasətinin həyata keçirilməsində aktiv iştirakına görə” təltif edilənlər Abdullayev Mehman İsrayıl oğlu, Səlimova Təranə Adil qızı, Xaspoladov İsmət Qərib oğlu, Miriyev Hafiz Niftalı oğlu, Məmmədova Nərmin Arif qızı, Babayev Ənvər Niyaz oğlu, Məmmədov Məmməd Süleyman oğlu, Yusibov Kamil Ələmdar oğlu, Sultanov Amin Nizam oğludur.