Dövlət Əmək Müfəttişliyi Xidməti əməkdaşlarının nəzəri və praktik biliklərinin artırılması məqsədilə Xidmətin struktur bölmələri, regional şöbələri və Naxçıvan Muxtar Respublikası Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları üçün təlimlər keçirir.
Təlim proqramı "Sənəd Dövriyyəsi Alt Sisteminin tətbiqi", Vətəndaş qəbulu", “İnzibati Xətalar Məcəlləsinin tətbiqi”, “Əmək qanunvericiliyinin tətbiqi”, “Əməyin mühafizəsi”, “Yoxlamaların aparılması üzrə təlimat” və “İnzibati cərimələrin ödənilməsi istiqamətində icra şöbələrinə yönəldilmə prosesi” mövzularını əhatə edir.
Təlimlər bu ayın sonunadək davam edəcək.