Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları tərəfindən "Əmək və Məşğulluq” altsisteminin (ƏMAS)-ın funksionallığı və yeniliklər mövzusunda Şahbuz rayonu üzrə ümumi təhsil müəssisələrinin nümayəndələri ilə maarifləndirici görüş keçirilib.
Tədbir iştirakçılarına ƏMAS-dakı yeni funksiyalarla bağlı ətrafı məlumat verilib, müvafiq suallar cavablandırılıb.