Tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, PwC Azərbaycan şirkəti və Britaniya-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Fuad Heydərov, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Nərmin Mirzəyeva, Əməyin Mühafizəsi Mərkəzinin İdarə Heyətinin sədri İlham Həsənov, PwC Azərbaycan şirkətinin və Britaniya-Azərbaycan Ticarət Palatasının nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Tədbirdə Britaniya-Azərbaycan Ticarət Palatasının üzvü olan şirkətlərə və yerli biznes nümayəndələrinə əmək qanunvericiliyinə edilən son dəyişikliklər, əmək münasibətlərinin elektronlaşdırılması, yeni layihələr, gələcək planlar və işəgötürənlər üçün yeni tələblər barədə ətraflı məlumat verilib, müvafiq təqdimatlarla çıxışlar edilib.
Tədbir müzakirlərlə davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.