✕
(010) 525 55 45 | 142
AZ
  • AZ
  • EN
  • Nazirlik
    • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
    • Dövlət Əmək Müfəttişliyi Xidməti
    • DOST Agentliyi
    • Dövlət Məşğulluq Agentliyi
    • Sosial Xidmətlər Agentliyi
    • Dövlət Sosial Müdafiə Fondu
    • Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya
    • Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi
    • DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi
  • Müfəttişlik
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Əsasnamə
    • Strateji məqsədlər
    • İşə qəbul
    • Hesabatlar
  • Xidmətlər
    • Əmək müqaviləsi bildirişinin qeydiyyata alınması və bu barədə işəgötürənə və işçilərə məlumat verilməsi
    • Yeni və ya yenidən qurulmuş müəssisələrin, obyektlərin, istehsalat vasitələrinin əməyin mühafizəsi tələblərinə uyğunluğunu təyin edən sertifikat-pasportun verilməsi
    • İşəgötürənlərə və işçilərə əmək qanunvericiliyinin tətbiqi barədə metodiki kömək göstərilməsi
    • Müəssisə və təşkilatlarda əməyin mühafizəsi xidmətlərinin yenidən təşkili və ya ləğv edilməsinə razılıq verilməsi
    • Əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi
    • İstehsalatda baş verən bədbəxt hadisələr barədə məlumatların qəbulu və bu hadisələrin təhqiqatının aparılması
    • Əmək münasibətləri sahəsi üzrə arayışların verilməsi
  • Qanunvericilik
    • Konstitusiya
    • Məcəllələr
    • Qanunlar
    • Fərmanlar
    • Qərarlar
    • Sərəncamlar
    • Qaydalar
  • Media
    • Press-reliz
    • Elanlar
    • Fotoqalereya
    • Videoqalereya
    • Çap məhsulları
    • “DOST Müfəttiş” layihəsi
  • Sual-cavab
  • Əlaqə
  • Bloq
    • İşçilər üçün
    • İşəgötürənlər üçün
  • Ana səhifə
  • Media
  • Press-reliz
21.06.25

"Əmək sahəsində” standartlaşdırma üzrə Texniki Komitənin iclası keçirilib

×

“Əmək sahəsində” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK21) növbəti iclası keçirilib.

İclasda Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən təqdim olunan yeni layihələr və əmək sahəsində normativ tənzimləmələrin təkmilləşdirilməsi istiqamətində görüləcək tədbirlər müzakirə olunub.

İclasın gündəliyinə əsasən, 2025-ci il üzrə Fəaliyyət Planına uyğun olaraq təqdim edilən 17 standart layihəsi və ümumilikdə 111 standartın hazırlanması prosesinə dair məsələlərə baxılıb. Bununla yanaşı, Komitənin digər fəaliyyət planları üzrə nəzərdə tutulan standart layihələri, həmçinin milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması ilə bağlı “2023–2025-ci illər üçün Dövlət Proqramı” çərçivəsində tədbirlərin icrası müzakirə edilib.

Tədbirdə “Fərdi mühafizə vasitələrinin təhlükəsizliyi haqqında” milli texniki reqlamentə əsaslanan standartların işlənməsi, həmçinin əməyin mühafizəsi sahəsində yeni və mövcud standartların təsdiqi üzrə görüləcək tədbirlərin sürətləndirilməsi məsələləri də diqqət məkəzində olub. Həmçinin, Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən təqdim edilən “2026–2028-ci illər üzrə Milli Standartlaşdırma Proqramının ilkin layihəsi” barədə məlumat verilib və təkliflər dinlənilib.

Sonda əməyin mühafizəsi sahəsində standartların təsdiq edilməsi işlərinin yekunlaşdırılması və yeni standartların hazırlanması üçün tədbirlərin görülməsinin vacibliyi vurğulanıb.

Paylaş:

  • LinkedIn
  • Facebook
  • Whatsapp
  • Telegram

Əmək hüquqlarınızın müdafiəsi üçün yaradılmış (+994 10) 525 55 45 WhatsApp nömrəsinə yaza bilərsiniz.

Ünvan: Bakı şəhəri, Svetlana Məmmədova küç., 107

Telefon: 142 - Çağrı mərkəzi (010) 525 55 45

Elektron poçt: demx@sosial.gov.az

Bütün hüquqlar qorunur | © Dövlət Əmək Müfəttişliyi Xidməti