✕
| "142" Çağrı mərkəzi
AZ
  • AZ
  • EN
  • Nazirlik
    • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
    • Dövlət Əmək Müfəttişliyi Xidməti
    • DOST Agentliyi
    • Dövlət Məşğulluq Agentliyi
    • Sosial Xidmətlər Agentliyi
    • Dövlət Sosial Müdafiə Fondu
    • Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya
    • Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi
    • DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi
  • Müfəttişlik
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Əsasnamə
    • Strateji məqsədlər
    • İşə qəbul
    • Hesabatlar
  • Xidmətlər
    • Yeni və ya yenidən qurulmuş müəssisələrin, obyektlərin, istehsalat vasitələrinin əməyin mühafizəsi tələblərinə uyğunluğunu təyin edən sertifikat-pasportun verilməsi
    • İşəgötürənə və işçilərə əmək qanunvericiliyinin tətbiqi, o cümlədən elektron əmək müqaviləsinin bağlanılması, onda dəyişiklik edilməsi və ya xitam verilməsi ilə bağlı metodiki kömək göstərilməsi
    • İş yerlərində əməyin mühafizəsi xidmətlərinin yenidən təşkilinə və ya ləğv edilməsinə razılıq verilməsi
    • Əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi
    • İstehsalatda baş verən bədbəxt hadisələr barədə məlumatların qəbulu
    • Əmək münasibətləri sahəsi üzrə arayışların verilməsi
    • İş yerlərinin attestasiyasının keçirilməsinə hazırlıq üzrə məsləhət və metodiki dəstək xidmətlərinin göstərilməsi
    • Əməyin mühafizəsi sahəsində təlimlərin keçirilməsi
    • Əmək qanunvericiliyinə əməl olunması üzrə təchizatçının uyğunluq göstəricisinə dair dövlət nəzarəti orqanı tərəfindən arayışın verilməsi
  • Qanunvericilik
    • Konstitusiya
    • Məcəllələr
    • Qanunlar
    • Fərmanlar
    • NK Qərar və Sərəncamları
    • Prezidentin Sərəncamları
  • Media
    • Press-reliz
    • Fotoqalereya
    • Videoqalereya
    • Çap məhsulları
    • “DOST Müfəttiş” layihəsi
  • Sual-cavab
  • Əlaqə
  • Ana səhifə
  • Media
  • Press-reliz
05.11.26

Əməyin mühafizəsi sahəsində daha 20 dövlət standartı təsdiq edilib

×

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin sədrliyi ilə fəaliyyət göstərən “Əmək sahəsində” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 21) fəaliyyəti çərçivəsində əməyin mühafizəsi sahəsini əhatə edən daha 20 Azərbaycan Respublikasının dövlət standartı təsdiq edilib.

Yeni standartlar iş yerlərində əməyin mühafizəsi və təhlükəsizliyinin təmin edilməsi, istehsalat risklərinin azaldılması, işçilərin sağlamlığının qorunması, eləcə də fərdi mühafizə vasitələrinin keyfiyyət və təhlükəsizlik göstəricilərinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Təsdiq edilən standartların böyük hissəsi tənəffüs orqanlarının fərdi mühafizə vasitələrinə aiddir. Bu istiqamətdə bütöv üz maskaları, yarımmaskalar, ağızlıq mexanizmləri, filtrləyici cihazlar, qaz və kombinə edilmiş filtrlər, sıxılmış hava və oksigenlə işləyən tənəffüs aparatları, habelə yanğın zamanı təxliyə və özünüxilasetmə üçün nəzərdə tutulan vasitələrə dair tələblər müəyyən edilib.

Standartlar, həmçinin yıxılmaya qarşı fərdi mühafizə vasitələrini, o cümlədən xilasedici enmə qurğularını, yıxılmanı dayandıran sistemləri və qurğuları, sərt anker xəttinə malik sürüşən tipli və geri yığılan yıxılmanı dayandıran vasitələri əhatə edir.

 

Bununla yanaşı, eşitmə orqanlarının səs-küydən qorunması üçün qulaq tıxacları, istilik və alov risklərinə, eləcə də soyuğa qarşı qoruyucu əlcəklər, yüksək texniki göstəricilərə malik sənaye dəbilqələri, gözün lazer şüalanmasından mühafizəsi vasitələri və rezin-texniki məmulatlara dair tələblər də təsdiq edilib.

Yeni standartlarda fərdi mühafizə vasitələrinin texniki göstəriciləri, sınaq üsulları, markalanması, istehsalçı tərəfindən təqdim edilməli məlumatlar və təhlükəsizlik tələbləri müəyyən olunur. Onların tətbiqi iş yerlərində mühafizə vasitələrinin etibarlılığının artırılmasına, peşə risklərinin minimuma endirilməsinə və təhlükəsiz əmək şəraitinin yaradılmasına xidmət edəcək.

Qeyd edək ki, təsdiq edilən 20 standartın hamısı “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair Dövlət Proqramı”na dair Tədbirlər Planının icrası çərçivəsində istinad standartları kimi hazırlanıb.

Dövlət Əmək Müfəttişliyi Xidməti ilə yanaşı, Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA),   Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təmsil olunduğu Texniki Komitə tərəfindən əmək sahəsində dövlət standartlarının hazırlanması istiqamətində işlər davam etdirilir.

Hazırda 2026-cı ildə əməyin mühafizəsi ilə bağlı hazırlanması nəzərdə tutulmuş 60 standartdan 45-i dövlət standartı kimi qəbul edilmiş və cari tarixədək ümumilikdə əmək sahəsində qəbul edilmiş standartların sayı 212-yə çatdırılmışdır.

Paylaş:

  • LinkedIn
  • Facebook
  • Whatsapp
  • Telegram

Əmək hüquqlarınızın müdafiəsi üçün yaradılmış (+994 10) 525 55 45 WhatsApp nömrəsinə yaza bilərsiniz.

Ünvan: Bakı şəhəri, Svetlana Məmmədova küç., 107

Telefon: "142" Çağrı mərkəzi - Çağrı mərkəzi

Elektron poçt: demx@sosial.gov.az

Bütün hüquqlar qorunur | © Dövlət Əmək Müfəttişliyi Xidməti