✕
(010) 525 55 45 | 142
AZ
  • AZ
  • EN
  • Nazirlik
    • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
    • Dövlət Əmək Müfəttişliyi Xidməti
    • DOST Agentliyi
    • Dövlət Məşğulluq Agentliyi
    • Sosial Xidmətlər Agentliyi
    • Dövlət Sosial Müdafiə Fondu
    • Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya
    • Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi
    • DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi
  • Müfəttişlik
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Əsasnamə
    • Strateji məqsədlər
    • İşə qəbul
    • Hesabatlar
    • E-xidmətlər
  • Xidmətlər
    • Yeni və ya yenidən qurulmuş müəssisələrin, obyektlərin, istehsalat vasitələrinin əməyin mühafizəsi tələblərinə uyğunluğunu təyin edən sertifikat-pasportun verilməsi
    • İşəgötürənlərə və işçilərə əmək qanunvericiliyinin tətbiqi barədə metodiki kömək göstərilməsi
    • Müəssisə və təşkilatlarda əməyin mühafizəsi xidmətlərinin yenidən təşkili və ya ləğv edilməsinə razılıq verilməsi
    • Əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi
    • İstehsalatda baş verən bədbəxt hadisələr barədə məlumatların qəbulu və bu hadisələrin təhqiqatının aparılması
    • Əmək münasibətləri sahəsi üzrə arayışların verilməsi
  • Qanunvericilik
    • Konstitusiya
    • Məcəllələr
    • Qanunlar
    • Fərmanlar
    • Qərarlar
    • Sərəncamlar
    • Qaydalar
  • Media
    • Press-reliz
    • Elanlar
    • Fotoqalereya
    • Videoqalereya
    • Çap məhsulları
    • “DOST Müfəttiş” layihəsi
  • Sual-cavab
  • Əlaqə
  • Bloq
    • İşçilər üçün
    • İşəgötürənlər üçün
  • Ana səhifə
  • Media
  • Press-reliz
01.09.26

Əməyin təhlükəsizliyi sahəsi üzrə növbəti 20 yeni dövlət standartı təsdiq edilib

×

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin sədrliyi ilə fəaliyyət göstərən “Əmək sahəsində” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 21) 2026-cı il üzrə Fəaliyyət Planına əsasən hazırlanmış və əməyin təhlükəsizliyi sahəsini əhatə edən növbəti 20 yeni standart Azərbaycan Standartlaşdırma İnstitutunun müvafiq qərarı ilə dövlət standartı kimi qəbul edilib.

Yeni standartlar iş yerlərində əməyin mühafizəsinin gücləndirilməsi, peşə risklərinin azaldılması, işçilərin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, habelə fərdi mühafizə vasitələrinə dair müasir tələblərin tətbiqinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Təsdiq edilən standartlar gözün lazer şüalanmasından və eşitmə orqanlarının səs-küydən qorunması, hündürlükdən yıxılmaya qarşı fərdi mühafizə vasitələri, başın mühafizəsi, kimyəvi və radioaktiv maddələrdən qoruyucu geyimlər, elektrostatik təsirlərdən mühafizə, tənəffüs orqanlarının qorunması, eləcə də xüsusi qoruyucu ayaqqabılar və onların komponentləri üzrə tələbləri əhatə edir.

Standartlarla, həmçinin təhlükəsizlik ipləri, tam bədən üçün təhlükəsizlik kəmərləri, birləşdiricilər, oturaq vəziyyət üçün sığortalayıcı kəmərlər, xilasetmə və qaldırma qurğuları, xilasedici ilgəklər və az uzanan kanatlar kimi hündürlükdə iş və xilasetmə zamanı istifadə edilən fərdi mühafizə vasitələrinə dair tələblər və sınaq üsulları müəyyən olunur.

Yeni standartların iş yerlərində tətbiqi fərdi mühafizə vasitələrinin keyfiyyət və təhlükəsizlik göstəricilərinin yüksəldilməsinə, istehsalat risklərinin minimuma endirilməsinə və təhlükəsiz əmək şəraitinin yaradılmasına xidmət edir.

Qeyd edək ki, cari il ərzində ümumilikdə 60 dövlət standartının hazırlanması nəzərdə tutulub. Növbəti 20 standartın təsdiqlənməsi ilə 2026-cı il üzrə Fəaliyyət Planı çərçivəsində təsdiq edilən standartların sayı 25-ə çatıb.

Təsdiq edilən standartlar “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair Dövlət Proqramı”na dair Tədbirlər Planının icrası çərçivəsində istinad standartları kimi hazırlanıb.

Dövlət Əmək Müfəttişliyi Xidməti ilə yanaşı, Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təmsil olunduğu Texniki Komitə tərəfindən əmək sahəsində dövlət standartlarının hazırlanması istiqamətində işlər davam etdirilir.

Paylaş:

  • LinkedIn
  • Facebook
  • Whatsapp
  • Telegram

Əmək hüquqlarınızın müdafiəsi üçün yaradılmış (+994 10) 525 55 45 WhatsApp nömrəsinə yaza bilərsiniz.

Ünvan: Bakı şəhəri, Svetlana Məmmədova küç., 107

Telefon: 142 - Çağrı mərkəzi (010) 525 55 45

Elektron poçt: demx@sosial.gov.az

Bütün hüquqlar qorunur | © Dövlət Əmək Müfəttişliyi Xidməti