Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Gəncədə “Qadınların əmək hüquqları” mövzusunda növbəti maarifləndirmə tədbiri keçirib.
Tədbirdə hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri, həmçinin Gəncə-Daşkəsən rayonlarında yerləşən müəssisələrin işəgötürənləri olmaqla, 140 nəfərə yaxın şəxs iştirak edib.
“Heydər Əliyev və Azərbaycanda əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti sisteminin qurulması” mövzusunda videoçarx nümayiş olunub.
Təqdimatlar vasitəsilə çıxışlar edilib. Qadınların əmək hüquqları barədə iştirakçılar ətraflı məlumatlandırılıb. Bildirilib ki, qadınlara əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi ayrı-seçkilik hesab edilmir.