“Uşaq Hüquqları Aylığı” çərçivəsində növbəti təlim Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində təşkil olunub.
Uşaqların əmək hüquqlarına həsr olunan təlimdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin Gəncə–Daşkəsən regional şöbəsinin nümayəndələri, Mərkəzin tələbələri və digər qonaqlar iştirak ediblər.
Tədbir zamanı uşaq əməyinin istismarına qarşı mübarizənin əhəmiyyətindən, uşaqların əmək hüquqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlərdən, həmçinin məcburi əmək və insan alverinin qarşısının alınması üçün qurumlararası əməkdaşlığın vacibliyindən bəhs edilib.
Maarifləndirici görüşün məqsədi gənclər arasında hüquqi biliklərin artırılması, təhlükəsiz və sağlam əmək mühitinin təşviqi, eləcə də cəmiyyətdə uşaqların hüquqlarına dair həssaslığın gücləndirilməsi olub.