✕
(010) 525 55 45 | 142
AZ
  • AZ
  • EN
  • Nazirlik
    • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
    • Dövlət Əmək Müfəttişliyi Xidməti
    • DOST Agentliyi
    • Dövlət Məşğulluq Agentliyi
    • Sosial Xidmətlər Agentliyi
    • Dövlət Sosial Müdafiə Fondu
    • Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya
    • Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi
    • DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi
  • Müfəttişlik
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Əsasnamə
    • Strateji məqsədlər
    • İşə qəbul
    • Hesabatlar
  • Xidmətlər
    • Yeni və ya yenidən qurulmuş müəssisələrin, obyektlərin, istehsalat vasitələrinin əməyin mühafizəsi tələblərinə uyğunluğunu təyin edən sertifikat-pasportun verilməsi
    • İşəgötürənə və işçilərə əmək qanunvericiliyinin tətbiqi, o cümlədən elektron əmək müqaviləsinin bağlanılması, onda dəyişiklik edilməsi və ya xitam verilməsi ilə bağlı metodiki kömək göstərilməsi
    • İş yerlərində əməyin mühafizəsi xidmətlərinin yenidən təşkilinə və ya ləğv edilməsinə razılıq verilməsi
    • Əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi
    • İstehsalatda baş verən bədbəxt hadisələr barədə məlumatların qəbulu
    • Əmək münasibətləri sahəsi üzrə arayışların verilməsi
    • İş yerlərinin attestasiyasının keçirilməsinə hazırlıq üzrə məsləhət və metodiki dəstək xidmətlərinin göstərilməsi
    • Əməyin mühafizəsi sahəsində təlimlərin keçirilməsi
    • Əmək qanunvericiliyinə əməl olunması üzrə təchizatçının uyğunluq göstəricisinə dair dövlət nəzarəti orqanı tərəfindən arayışın verilməsi
  • Qanunvericilik
    • Konstitusiya
    • Məcəllələr
    • Qanunlar
    • Fərmanlar
    • NK Qərar və Sərəncamları
    • Prezidentin Sərəncamları
  • Media
    • Press-reliz
    • Fotoqalereya
    • Videoqalereya
    • Çap məhsulları
    • “DOST Müfəttiş” layihəsi
  • Sual-cavab
  • Əlaqə
  • Ana səhifə
  • Media
  • Press-reliz
16.10.26

İmişlidə üç şəhid ailəsi ziyarət edilib

×

             Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Mil-Muğan regional şöbəsinin əməkdaşları Vətən müharibəsinin altıncı ildönümü ilə əlaqədar Vətən müharibəsi şəhidləri Tacəddin Elşən oğlu Abışovun və Əmral Zaur oğlu Xəmmədovun, eləcə də lokal antiterror tədbirləri zamanı şəhid olmuş Seymur Teyyub oğlu Əzizalıyevin ailələrini ziyarət edib.

             İmişli şəhərində anadan olan Tacəddin Abışov Vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib. O, Suqovuşan ərazisində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”,  "Suqovuşanın azad olunmasına görə" medalları və 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

              İmişli rayonunun Çaxırlı kəndində anadan olan Əmral Xəmmədov Vətən müharibəsində Murovdağ və Cəbrayıl döyüşlərində iştirak edib. Hadrutun azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Vətən uğrunda”medalları eləcə də  3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.

              İmişli rayonunda anadan olan Seymur Əzizalıyev 2023-cü il sentyabrın 20-də lokal antiterror tədbirləri zamanı Xankəndi istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə ölümündən sonra  3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.

              Ziyarət zamanı şəhidlərin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub, onların xatirəsinin Vətənə sədaqət və fədakarlıq nümunəsi kimi daim qəlblərdə yaşayacağı vurğulanıb.

Paylaş:

  • LinkedIn
  • Facebook
  • Whatsapp
  • Telegram

Əmək hüquqlarınızın müdafiəsi üçün yaradılmış (+994 10) 525 55 45 WhatsApp nömrəsinə yaza bilərsiniz.

Ünvan: Bakı şəhəri, Svetlana Məmmədova küç., 107

Telefon: 142 - Çağrı mərkəzi (010) 525 55 45

Elektron poçt: demx@sosial.gov.az

Bütün hüquqlar qorunur | © Dövlət Əmək Müfəttişliyi Xidməti