✕
(010) 525 55 45 | 142
AZ
  • AZ
  • EN
  • Nazirlik
    • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
    • Dövlət Əmək Müfəttişliyi Xidməti
    • DOST Agentliyi
    • Dövlət Məşğulluq Agentliyi
    • Sosial Xidmətlər Agentliyi
    • Dövlət Sosial Müdafiə Fondu
    • Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya
    • Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi
    • DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi
  • Müfəttişlik
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Əsasnamə
    • Strateji məqsədlər
    • İşə qəbul
    • Hesabatlar
    • E-xidmətlər
  • Xidmətlər
    • Yeni və ya yenidən qurulmuş müəssisələrin, obyektlərin, istehsalat vasitələrinin əməyin mühafizəsi tələblərinə uyğunluğunu təyin edən sertifikat-pasportun verilməsi
    • İşəgötürənlərə və işçilərə əmək qanunvericiliyinin tətbiqi barədə metodiki kömək göstərilməsi
    • Müəssisə və təşkilatlarda əməyin mühafizəsi xidmətlərinin yenidən təşkili və ya ləğv edilməsinə razılıq verilməsi
    • Əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi
    • İstehsalatda baş verən bədbəxt hadisələr barədə məlumatların qəbulu və bu hadisələrin təhqiqatının aparılması
    • Əmək münasibətləri sahəsi üzrə arayışların verilməsi
  • Qanunvericilik
    • Konstitusiya
    • Məcəllələr
    • Qanunlar
    • Fərmanlar
    • Qərarlar
    • Sərəncamlar
    • Qaydalar
  • Media
    • Press-reliz
    • Elanlar
    • Fotoqalereya
    • Videoqalereya
    • Çap məhsulları
    • “DOST Müfəttiş” layihəsi
  • Sual-cavab
  • Əlaqə
  • Bloq
    • İşçilər üçün
    • İşəgötürənlər üçün
  • Ana səhifə
  • Media
  • Press-reliz
11.09.26

“İqlim dəyişikliyi şəraitində əməyin mühafizəsi” mövzusunda dəyirmi masa keçirilib

×

              Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində “İqlim dəyişikliyi şəraitində əməyin mühafizəsi” mövzusunda dəyirmi masa keçirilib.

              4 saylı DOST Mərkəzində təşkil olunan tədbirdə əməyin mühafizəsi üzrə ekspertlər, əmək müfəttişləri, dövlət qurumlarının, işəgötürən təşkilatların və müxtəlif sahələrdə fəaliyyət göstərən müəssisələrin nümayəndələri iştirak ediblər.

              Dəyirmi masada iqlim dəyişikliyinin əmək şəraitinə və işçilərin sağlamlığına təsirləri, yüksək temperatur və istilik stresi, ekstremal hava hadisələri və digər iqlim mənşəli risklərin iş yerlərində yaratdığı təhlükələr ətrafında müzakirələr aparılıb.

              Tədbirdə çıxış edən Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Nərmin Mirzəyeva bildirib ki, iqlim dəyişikliyinin təsirlərini yalnız yüksək temperatur və bunun nəticəsində yaranan ağır xəsarət və ya ölüm halları ilə məhdudlaşdırmaq olmaz. Onun sözlərinə görə, beynəlxalq araşdırmalar iqlim dəyişikliklərinin müxtəlif xəstəliklərin yaranmasına və uzunmüddətli sağlamlıq problemlərinə səbəb ola biləcəyini göstərir.

              N.Mirzəyeva qeyd edib ki, bu baxımdan işəgötürənlər və əməyin mühafizəsi sahəsini tənzimləyən dövlət qurumları iqlim dəyişikliklərinin yaratdığı risklərə preventiv və proaktiv yanaşmalıdırlar. O vurğulayıb ki, mövcud qaydalara yenidən baxılması, fərdi və kollektiv mühafizə vasitələrinin müasir risklərə uyğunlaşdırılması, iş yerlərində havalandırma, yerləşmə və işin təşkili məsələlərinin təkmilləşdirilməsi vacibdir.

               Rəis müavini, həmçinin işçilərin əmək şəraitinin, iş vəzifələrinin və öhdəliklərinin iqlim dəyişikliklərinin yaratdığı yeni risklər nəzərə alınmaqla təşkil edilməsinin zəruriliyini diqqətə çatdırıb.

               Bildirilib ki, iqlim dəyişikliyinin təsirləri xüsusilə açıq havada görülən işlərdə, o cümlədən kənd təsərrüfatı, tikinti, nəqliyyat və logistika sahələrində çalışan işçilər üçün əlavə risklər yaradır. Bu baxımdan iş yerlərində iqlim amillərinin nəzərə alınması, risklərin vaxtında qiymətləndirilməsi və qabaqlayıcı tədbirlərin görülməsi mühüm əhəmiyyət daşıyır.

              Tədbir zamanı iqlimlə bağlı risklərin əməyin mühafizəsi sisteminə inteqrasiyası, risk əsaslı yanaşmaların təkmilləşdirilməsi, işəgötürənlərin bu istiqamətdə institusional potensialının gücləndirilməsi və işçilərin məlumatlılığının artırılması məsələlərinə də toxunulub.

              Həmçinin iqlim dəyişikliklərinə davamlı və təhlükəsiz əmək mühitinin formalaşdırılmasında dövlət qurumları, işəgötürənlər və işçilər arasında əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti vurğulanıb. Əməyin mühafizəsi sahəsində qabaqcıl təcrübələrin tətbiqi, profilaktik və qabaqlayıcı tədbirlərin genişləndirilməsi ilə bağlı fikir və təcrübə mübadiləsi aparılıb.

              Dəyirmi masa iştirakçıların mövzu ilə bağlı müzakirələri, təklif və yanaşmalarının bölüşülməsi ilə davam edib.

Paylaş:

  • LinkedIn
  • Facebook
  • Whatsapp
  • Telegram

Əmək hüquqlarınızın müdafiəsi üçün yaradılmış (+994 10) 525 55 45 WhatsApp nömrəsinə yaza bilərsiniz.

Ünvan: Bakı şəhəri, Svetlana Məmmədova küç., 107

Telefon: 142 - Çağrı mərkəzi (010) 525 55 45

Elektron poçt: demx@sosial.gov.az

Bütün hüquqlar qorunur | © Dövlət Əmək Müfəttişliyi Xidməti