Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin təşkilatçılığı ilə işəgötürənlər və onların nümayəndələri üçün maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə dövlət və qeyri-dövlət sektorunu təmsil edən 60-a yaxın nümayəndə iştirak edib.
Tədbir “ƏMAS-ın imkanları və yeniliklər”, “İş yerlərində əməyin mühafizəsi və istehsalatda baş verən bədbəxt hadisələrdən icbari sığorta” və “Qeyri-formal məşğulluğun qarşısının alınması” mövzularına həsr edilib.
Görüş zamanı iştirakçılara ƏMAS platformasının imkanları və tətbiq olunan yeniliklər, iş yerlərində əməyin mühafizəsi qaydaları, istehsalatda baş verən bədbəxt hadisələrdən icbari sığortanın əhəmiyyəti, eləcə də qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində görülən tədbirlər barədə ətraflı məlumat verilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb