Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti İsmayıllı rayonunda “Əmək müqaviləsinə xitam verilməsinin əsasları, qaydaları və bu zaman işçilərin təmiantları” mövzusunda növbəti maarifləndirmə tədbiri keçirib.
Tədbirdə hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri, həmçinin Dağlıq Şirvan regionunda yerləşən müəssisələrin işəgötürənləri olmaqla, 100 nəfərdən çox şəxs iştirak edib.
“Heydər Əliyev və Azərbaycanda əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti sisteminin qurulması” mövzusunda videoçarx nümayiş olunub.
Mövzu ilə bağlı təqdimatlarla çıxış edilib, işəgötürən ilə işçi arasında əmək münasibətlərinin tənzimlənməsi üzrə əmək qanunvericiliyinin tələbləri tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Sonda mövzu ilə bağlı suallar cavablandırılıb.