✕
(010) 525 55 45 | 142
AZ
  • AZ
  • EN
  • Nazirlik
    • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
    • Dövlət Əmək Müfəttişliyi Xidməti
    • DOST Agentliyi
    • Dövlət Məşğulluq Agentliyi
    • Sosial Xidmətlər Agentliyi
    • Dövlət Sosial Müdafiə Fondu
    • Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya
    • Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi
    • DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi
  • Müfəttişlik
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Əsasnamə
    • Strateji məqsədlər
    • İşə qəbul
    • Hesabatlar
    • E-xidmətlər
  • Xidmətlər
    • Yeni və ya yenidən qurulmuş müəssisələrin, obyektlərin, istehsalat vasitələrinin əməyin mühafizəsi tələblərinə uyğunluğunu təyin edən sertifikat-pasportun verilməsi
    • İşəgötürənlərə və işçilərə əmək qanunvericiliyinin tətbiqi barədə metodiki kömək göstərilməsi
    • Müəssisə və təşkilatlarda əməyin mühafizəsi xidmətlərinin yenidən təşkili və ya ləğv edilməsinə razılıq verilməsi
    • Əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi
    • İstehsalatda baş verən bədbəxt hadisələr barədə məlumatların qəbulu və bu hadisələrin təhqiqatının aparılması
    • Əmək münasibətləri sahəsi üzrə arayışların verilməsi
  • Qanunvericilik
    • Konstitusiya
    • Məcəllələr
    • Qanunlar
    • Fərmanlar
    • Qərarlar
    • Sərəncamlar
    • Qaydalar
  • Media
    • Press-reliz
    • Elanlar
    • Fotoqalereya
    • Videoqalereya
    • Çap məhsulları
    • “DOST Müfəttiş” layihəsi
  • Sual-cavab
  • Əlaqə
  • Bloq
    • İşçilər üçün
    • İşəgötürənlər üçün
  • Ana səhifə
  • Media
  • Press-reliz
04.09.26

İsmayıllıda “Sülh aylığı” çərçivəsində maarifləndirmə tədbiri keçirilib

×

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti “Sülh aylığı” çərçivəsində İsmayıllı rayonunda "İş vaxtının növləri, işvaxtının rejimi və iş vaxtından artıq vaxtda işin tənzimlənməsi qaydaları ", "İş  yerlərində əməyin mühafizəsi" mövzularında maarifləndirmə tədbiri təşkil edib.

Tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən 21 avqust - 21 sentyabr tarixlərinin “Sülh Aylığı” elan edildiyi bildirilib. Qeyd edilib ki, aylığın keçirilməsində məqsəd sülhün və insan hüquqlarının qarşılıqlı əlaqəsi barədə ictimai məlumatlılığın artırılması, cəmiyyətdə qarşılıqlı hörmət və etimad mühitinin gücləndirilməsi, dialoq və anlaşma imkanlarının genişləndirilməsi, habelə dövlət qurumlarının, yerli özünüidarəetmə orqanlarının, vətəndaş cəmiyyəti institutlarının və geniş ictimaiyyətin bu istiqamətdə həyata keçirilən fəaliyyətlərdə iştirakının təşviq edilməsidir. 

Əmək münasibətlərində qarşılıqlı hörmətin, sosial dialoqun, bərabərliyin və təhlükəsiz əmək mühitinin təşviqinin də sülh, həmrəylik və əməkdaşlıq dəyərlərinin möhkəmləndirilməsinə xidmət etdiyi vurğulanıb.

Tədbirdə Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən dövlət və özəl sektora aid müəssisə və təşkilatların ümumilikdə 70 nəfər nümayəndəsi iştirak edib.

Çıxışlar zamanı iş vaxtının növləri, iş vaxtının rejimi, iş vaxtının uçotunun aparılması, iş vaxtından artıq işlərin görülməsi və bu işlərin qanunvericiliyin tələblərinə uyğun tənzimlənməsi qaydaları barədə iştirakçılara ətraflı məlumat verilib. İşəgötürənlərin iş vaxtının düzgün müəyyənləşdirilməsi və uçotunun aparılması, işçilərin istirahət hüquqlarının təmin edilməsi və iş vaxtından artıq işə cəlb olunma zamanı qanunvericiliyin tələblərinə riayət etməsinin vacibliyi vurğulanıb.

Həmçinin iş yerlərində əməyin mühafizəsinin təşkili, təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması, istehsalat risklərinin müəyyən edilməsi və qiymətləndirilməsi, bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması məsələlərinə toxunulub. İşəgötürənlərin əməyin mühafizəsi sahəsində öhdəlikləri, işçilərin təhlükəsizlik qaydalarına əməl etməsinin əhəmiyyəti və fərdi mühafizə vasitələrindən düzgün istifadə barədə praktiki tövsiyələr verilib.

Qeyd edilən mövzular ətrafında fikir mübadiləsi aparıldıqdan sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Paylaş:

  • LinkedIn
  • Facebook
  • Whatsapp
  • Telegram

Əmək hüquqlarınızın müdafiəsi üçün yaradılmış (+994 10) 525 55 45 WhatsApp nömrəsinə yaza bilərsiniz.

Ünvan: Bakı şəhəri, Svetlana Məmmədova küç., 107

Telefon: 142 - Çağrı mərkəzi (010) 525 55 45

Elektron poçt: demx@sosial.gov.az

Bütün hüquqlar qorunur | © Dövlət Əmək Müfəttişliyi Xidməti