Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Laçında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə birgə əməyin mühafizəsinə dair növbəti maarifləndirici görüşlər keçirib.
Görüşlər Laçın rayonunun mərkəzində baş tutub. Tədbirdə “Bakı Abadlıq Xidməti” MMC-nin filialının 10 nəfər rəhbər şəxsi və 80 nəfərədək işçi heyətinə “İş yerlərində əməyin mühafizəsi” və "Mina təhlükəsizliyi" mövzularında ətraflı məlumat verilib.
Tədbir müddətində qarşı tərəfi maraqlandıran müxtəlif suallar cavablandırılıb. Onlara əməyin mühafizəsinə dair yaddaş kitabçası və mina təhlükəsinə qarşı bukletlər təqdim edilib.
İşğaldan azad olunmuş digər ərazilərdə təlimlərin keçirilməsinin mütəmadi olması nəzərdə tutulur.