✕
(010) 525 55 45 | 142
AZ
  • AZ
  • EN
  • Nazirlik
    • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
    • Dövlət Əmək Müfəttişliyi Xidməti
    • DOST Agentliyi
    • Dövlət Məşğulluq Agentliyi
    • Sosial Xidmətlər Agentliyi
    • Dövlət Sosial Müdafiə Fondu
    • Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya
    • Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi
    • DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi
  • Müfəttişlik
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Əsasnamə
    • Strateji məqsədlər
    • İşə qəbul
    • Hesabatlar
  • Xidmətlər
    • Əmək müqaviləsi bildirişinin qeydiyyata alınması və bu barədə işəgötürənə və işçilərə məlumat verilməsi
    • Yeni və ya yenidən qurulmuş müəssisələrin, obyektlərin, istehsalat vasitələrinin əməyin mühafizəsi tələblərinə uyğunluğunu təyin edən sertifikat-pasportun verilməsi
    • İşəgötürənlərə və işçilərə əmək qanunvericiliyinin tətbiqi barədə metodiki kömək göstərilməsi
    • Müəssisə və təşkilatlarda əməyin mühafizəsi xidmətlərinin yenidən təşkili və ya ləğv edilməsinə razılıq verilməsi
    • Əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi
    • İstehsalatda baş verən bədbəxt hadisələr barədə məlumatların qəbulu və bu hadisələrin təhqiqatının aparılması
    • Əmək münasibətləri sahəsi üzrə arayışların verilməsi
  • Qanunvericilik
    • Konstitusiya
    • Məcəllələr
    • Qanunlar
    • Fərmanlar
    • Qərarlar
    • Sərəncamlar
    • Qaydalar
  • Media
    • Press-reliz
    • Elanlar
    • Fotoqalereya
    • Videoqalereya
    • Çap məhsulları
    • “DOST Müfəttiş” layihəsi
  • Sual-cavab
  • Əlaqə
  • Bloq
    • İşçilər üçün
    • İşəgötürənlər üçün
  • Ana səhifə
  • Media
  • Press-reliz
17.03.26

Media nümayəndələri üçün əməyin mühafizəsinə dair maarifləndirmə təlimi keçirilib

×

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən media nümayəndələri üçün “Əməyin mühafizəsi və texniki təhlükəsizlik” mövzularını əhatə edən “Sosial Jurnalistika” təlimi təşkil olunub.

Nazirliyin tabeliyində fəaliyyət göstərən Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Təlim və İnkişaf Mərkəzində keçirilən təlimdə ölkənin müxtəlif informasiya resurslarını təmsil edən 25 media qurumundan jurnalistlər iştirak edib.

Xidmətin tabeliyində fəaliyyət göstərən Əməyin Mühafizəsi Mərkəzinin əməkdaşları tərəfindən iştirakçılara əməyin mühafizəsi sahəsində qüvvədə olan qanunvericilik tələbləri, texniki təhlükəsizlik normaları, iş yerlərində risklərin qiymətləndirilməsi və təhlükəsiz əmək şəraitinin təmin edilməsi mexanizmləri barədə ətraflı məlumat verilib.

Təlim çərçivəsində jurnalistləri maraqlandıran suallar cavablandırılıb, əməyin mühafizəsi mövzularının mediada düzgün işıqlandırılması, faktların dəqiq təqdim olunması və maarifləndirici yanaşmanın gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Daha sonra iştirakçıların mövzunu mənimsəmə səviyyəsinin qiymətləndirilməsi məqsədilə “workshop” təşkil olunub və onlar müvafiq test tapşırıqlarını yerinə yetiriblər.

Sonda təlimdə iştirak edən media nümayəndələrinə sertifikatlar təqdim olunub.

Qeyd edək ki, “Sosial Jurnalistika” təlimlərinin keçirilməsində əsas məqsəd media nümayəndələrinin sosial müdafiə, məşğulluq və digər sosial sahələr üzrə məlumatlılığının artırılması, jurnalistlərin mövzuya peşəkar yanaşma bacarıqlarının inkişaf etdirilməsi, həmçinin media ilə səmərəli əməkdaşlığın genişləndirilməsidir.

 

Paylaş:

  • LinkedIn
  • Facebook
  • Whatsapp
  • Telegram

Əmək hüquqlarınızın müdafiəsi üçün yaradılmış (+994 10) 525 55 45 WhatsApp nömrəsinə yaza bilərsiniz.

Ünvan: Bakı şəhəri, Svetlana Məmmədova küç., 107

Telefon: 142 - Çağrı mərkəzi (010) 525 55 45

Elektron poçt: demx@sosial.gov.az

Bütün hüquqlar qorunur | © Dövlət Əmək Müfəttişliyi Xidməti