Əməyin mühafizəsi sahəsində maarifləndirmə tədbirləri çərçivəsində növbəti görüş Nərimanov rayonu “Tərəqqi” texniki-humanitar liseyində keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində Əməyin Mühafizəsi Mərkəzi tərəfindən təşkil olunan tədbirdə ümumilikdə 100-ə yaxın müəllim və şagird iştirak edib.
Tədbir zamanı iştirakçılara əməyin mühafizəsinin əhəmiyyəti, təhlükəsizlik qaydaları, yanğın təhlükəsizliyi, eləcə də əmək fəaliyyəti zamanı hüquq və vəzifələr barədə ətraflı məlumat verilib. Həmçinin yeni qəbul edilmiş standartlar və “Vision Zero” (“Sıfır Gözlənti”) yanaşmasına əsaslanan təhlükəsiz əmək mədəniyyətinin təşviqi məsələlərinə toxunulub.
Qeyd edilib ki, əməyin mühafizəsi qaydalarına riayət olunması sağlamlığın qorunması və təhlükəsiz əmək mühitinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Tədbirin sonunda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.