Növbəti maarifləndirmə təlimi Naxçıvan şəhər M.C.Cəfərov adına 14 nömrəli tam orta məktəbdə təşkil olunub.
Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialı və “Naxçıvan Təlim Mərkəzi” publik hüquqi şəxsinin birgə təşkilatçılığı ilə keçirilən təlimdə 60-a yaxın şagird və müəllim iştirak edib.
Təlimdə əməyin mühafizəsi üzrə ümumi anlayışlar, elektrik və yanğın təhlükəsizliyi, eləcə də bədbəxt hadisələr zamanı ilkin yardımın göstərilməsi barədə məlumat verilib.
Sonda iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.