Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialının təşkilatçılığı ilə “Naxçıvan Muxtar Respublika Xəstəxanası” publik hüquqi şəxsində növbəti maarifləndirmə təlimi keçirilib.
Təlim “Əməyin mühafizəsi, texniki təhlükəsizlik, iş yerlərinin attestasiyası və işçilərin bədbəxt hadisələrdən icbari sığortası” mövzusuna həsr olunub.
Təlimdə 2-si rəhbər şəxs olmaqla müəssisənin 33 nümayəndəsi iştirak edib.
İştirakçılara əməyin mühafizəsinin əsas prinsipləri, texniki təhlükəsizlik qaydaları, iş yerlərinin attestasiyasının əhəmiyyəti, eləcə də işçilərin istehsalatda bədbəxt hadisələrdən icbari sığortası barədə məlumat verilib.
Sonda müvafiq mövzular ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.